Rayonlara gediş-gəlişin bərpası ilə bağlı MÜHÜM AÇIQLAMA
20:15 / 03.06.2020
3261
"Əgər qaydalara ciddi riayət olunsa və insanlar maskadan istifadə etsə, gələn həftəsonu üçün küçəyə çıxma qadağası olmaya bilər".
Sfera.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, rayonlara gediş-gəlişin olmasını istəyirdik, amma mütəxəssislər buna icazə vermədi: "Mövcud vəziyyət əksinə qadağaların sərtləşməsinə səbəb oldu".