Rasim Balayev Şəfiqə Məmmədovanı təhqir etdi: \"Satqın və yaltaq bir adamdı\"

Rasim Balayev Şəfiqə Məmmədovanı təhqir etdi: \
Məşhur kinoaktrisa Şəfiqə Məmmədovanın "Rasim Balayevin də kabineti olub, indi kabineti yoxdur deyə belə danışır" fikrinə qarşı tərəfdən cavab gəlib.

 R.Balayev  açıqlamasında Ş.Məmmədova barədə sərt ifadələr işlədib: 

"Şəfiqə Məmmədova ....(qeyri etik ifadələr işlədir) . Mənim kabinetim olmayıb. O kabineti Hökumət Evində kirayə götürmüşdük. Bunun da kabineti var. İstəyir ki, ona təzə bina tikdirsinlər. Kino yoxdur, amma bu, özünə kabinet axtarır. Şəfiqənin dediyi kabineti ittifaq icarəyə götürmüşdü. Biz yazıqların icarə haqqını ödəməyə pulumuz yox idi. Amma bunun yeri də var, pulunu da verirlər. İstəyir ki, bir az mərkəzdə bina tikdirsin". 

Əməkdaşımızın "Sizin Şəfiqə xanımla münasibətləriniz gənclik illərindən gərgin olub, yoxsa sonradan arada sərinlik yaranıb" sualına Rasim Balayev belə cavab verib:
 
"Şəfiqə kimdir ki, mən onunla yola getməyim? Onun səksənə yaxın yaşı var, otuz il bu sənətdə olub, əlli ildir sənətdə yoxdur. Amma mən bu gün də sənətdəyəm. Həm də o qadın, mən kişi. Onun rolunu mənə verməyəcəklər, mənim də rolumu ona. O, "mraz"dı, içində qurdlar var. Vaxt var idi Rüstəmin qolundan sallanıb "Rustamulya, Rustamulya" deyirdi. Satqın və yaltaq bir adamdı".

Qeyd edək ki, Şəfiqə Məmmədova ötən gün  açıqlamasında R.Balayevin tənqidlərinə cavab vermişdi:

"Rasim də nə vaxtsa kabinetdə oturub. Amma təəssüf ki, indi kabineti yoxdur. Ona elə gəlir ki, mən özüm üçün kabinet istəmişəm.  Mən özüm üçün heç nə istəməmişəm. İstədiyim kabinet yox, kinematoqrafçılar üçün bina olub"."Ölkə.Az" 


OXŞAR XƏBƏRLƏR

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...