Ramiz Mehdiyevin gəlininin bankı məhkəməyə verildi

Ramiz Mehdiyevin gəlininin bankı məhkəməyə verildi
Prezident Adminstrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəzarətində olan "Bank BTB” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib. 

Sfera.az xəbər verir ki, Mustafayev Elnur Akif oğlu adlı şəxs Bakı Kommersiya Məhkəməsində sözügedən bank barəsində iddia qaldırıb. Açıq mənbələrdə işin mahiyyəti barədə məlumat yoxdur. İddia hakim Fərrux Qasımovun icraatındadır. 

"Bank BTB" ASC-nin üç səhmdarı var: 

1. Mehdiyeva Nigar İsmayıl qızı - 75%
2. Sadiq Rza İsmayıl oğlu - 19%
3. Mahmudova Tükəzban Ağa qızı - 6% 

Nigar Mehdiyevanın Ramiz Mehidyevin gəlini olduğu bildirlir. Bu barədə mediada dəfələrlər yazılıb və qarşı iddiaları təkzib etməyib. 

Nigar Mehdiyeva həm də "Bank BTB”nin digər səhmdarı Rza Sadiqin bacısıdır. Məlumatlara görə, onlar Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin keçmiş müdiri İsmayıl Sadıqovun övladlarıdır. İsmayıl Sadıqov 2018-ci ildə tutduğu vəzifədən azad edilib. 

Ramiz Mehdiyevin gəlini olduğu bildirilən Nigar Mehdiyeva "Digital Media” MMC-nin də təsisçilərindən biridir. MMC 20 avqust 2008-ci il tarixində dövlət qeydiyyatına alınıb. 

Milli Televiziya və Radio Şurasının 28 oktyabr 2008-ci il tarixli qərarı ilə "Digital Media” MMC-yə 105.5 MHz tezliyində yayımlanmaq üçün radio yayımına xüsusi razılıq (lisenziya) verilib. Şura qərarını "Digital Media” MMC-nin "digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına” malik olması ilə əsaslandırıb. Bu şirkət "Media FM” radiosunun sahibidir. /Qaynarinfo

OXŞAR XƏBƏRLƏR

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Mayın 1-dən balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Bu barədə Sfera....

Peter Siyartonun Azərbaycana rəsmi səfəri BAŞLADI

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazir sosial şəb...

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...