\"Ramiz Mehdiyevin Eldəniz Səlimovla heç bir bağlılığı yoxdur\" - AMEA-dan AÇIQLAMA
17:24 / 03.08.2021
1243
"Eldəniz Səlimovun akademik Ramiz Mehdiyevlə heç bir bağlılığı yoxdur”.
Sfera.az xəbər verir ki, bu barədə AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi məlumat yayıb.
Məlumatda deyilir ki, eks-millət vəkilinin AMEA prezidentinin dəstəyi ilə deputat mandatı alması haqqındakı fikirlər absurddur: "Görünən odur ki, bəzi maraqlı dairələr gündəmi dəyişmək, sensasiya yaratmaq və diqqəti ölkənin taleyüklü məsələlərindən yayındırmaq üçün cəmiyyətdə baş verən bütün xoşagəlməz hadisələri hər vəchlə AMEA prezidentinin ayağına yazmağa, onunla bağlamağa cəhd göstərirlər”.