Ramiz Göyüşovu əvəzləyən şəxs KİMDİR?

Ramiz Göyüşovu əvəzləyən şəxs KİMDİR?
Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri postuna namizəd olan Vüsar İsmayılov məmurdur. 

Sfera.az  xəbər verir ki, o, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinidir. Vüsar İsmayılov 2008-ci ildən bu vəzifədədir. O, həm də YAP Binəqədi rayon təşkilatının sədr müavini vəzifəsini daşıyır. 

YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun bu gün partiya sıralarından çıxaracağı gözlənilir. Buna səbəb onun sosial şəbəkələrdə görüntülərinin yayılmasıdır. YAP-dan baş verənlərlə bağlı yayılan açıqlamada Ramiz Göyüşovun partiya sıralarından çıxarılacağı bildirilirdi. 
 
(qaynarinfo)

OXŞAR XƏBƏRLƏR