Hadİsə

Ramin Hacılı azadlıqda

Ramin Hacılı azadlıqda
 

Təxminən 10 ay əvvəl müəmmalı şəkildə həbs olunan Azərbaycan Avropa Hərəkatının prezidenti, Dalğa Gənclər Hərakatının sabiq sədri Ramin Hacılı bir neçə gün əvvəl azadlığa buraxılıb.

Hər dəfə məhkəməsi təxirə salınan, barəsində həbs qəti-imkan tədbiri şübhəli şəkildə dəfələrlə uzadılan Ramin Hacılı azadlığa çıxması ilə bağlı Qaynarinfo-nun suallarını cavablandırıb:

"10 ay sonra nəhayət ki, məhkəmə keçirildi və haqq-ədalət yerini tapdı. İndi artıq olmalı olduğum yerdə- azadlıqdayam. Bir neçə gün dincələndən sonra ilk növbədə şəxsi problemləri yoluna qoymağa çalışacağam. Təəssüf ki, qəfil həbsim biznesimdə yaranan bəzi problemlərin dərinləşməsinə, işimin bağlanmasına və müəyyən şəxslərə borclanmağıma səbəb olmuşdu. Artıq azadlıqda olduğum üçün, fərdi təmaslara keçib, yaranan problemləri çözmək şansım var".

Bundan sonrakı fəaliyyət planlarına gəlincə isə Ramin Hacılı bildirib ki, əsasən aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olmağı düşünür:

"Həbsdə qaldığım aylar ərzində çox sayda siyasi və hüquqi kitab oxudum. Azərbaycanımızın nəyə ehtiyacı olduğunu aylarca təhlil etdim. Qərara gəldim ki, aktiv siyasi fəaliyyətə yenidən donməliyəm".

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031