Ramin Əhmədovun seçki kampaniyasının daha bir özəlliyi- Könüllülər ordusu

Ramin Əhmədovun seçki kampaniyasının daha bir özəlliyi- Könüllülər ordusu

Ramin Əhmədovun təşviqat kampaniyası uğurla davam edir.


16 saylı Yasamal ll seçki dairəsindən deputatlığa namizəd Ramin Əhmədovun təşviqat kampaniyası uğurla davam edir. Seçki qərargahının üzvləri, dünən də dairəyə daxil olan yaşayış massivləri və ayrı-ayrı küçələrdə fəal təşviqat işləri aparıblar. Vətəndaşlara Parlament seçkilərinin əhəmiyyəti izah olunub , onların səsvermədə fəal iştirakının vacibliyi vurğulanıb.


Qapı-qapı prinsipinə söykənən təşviqat kampaniyası gedişatında qərargah təmsilçiləri, Ramin Əhmədovun seçki platformasından tezisləri seçicilərin diqqətinə çatdırır, onları Ramin Əhmədova göstərəcəkləri etimadın tam doğrulacağına əmin olmağa səsləyirlər.


 

Qeyd edək ki, Ramin Əhmədovun seçki qərargahının özəlliklərindən biri də, təşviqat prosesinə gənc könüllülərin cəlb olunmasıdır.


Seçin ki, Yasamal qazansın!


OXŞAR XƏBƏRLƏR