Ramin Əhmədov şəhid ailələrini ziyarət edib - FOTO
11:09 / 21.01.2020
1585
16 saylı Yasamal ll seçki dairəsindən deputatlığa namizəd Ramin Əhmədov şəhid ailələrini ziyarət edib.
Sfera.az xəbər verir ki, əvvəlcə 1-ci Alatavada 20 Yanvar şəhidi Qəniyev Mirzə Rzabala oğlunun ailə üzvlərilə görüşən R.Əhmədov, növbəti görüşünü 13-cü Nərimanov döngəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş Əskərov Əziz Əzizağa oğlunun ailə üzvlərilə keçirib.
Görüşlərdə R.Əhmədov, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğıdan danışıb, onları narahat edən məsələlərə dövlətin daim diqqət göstərdiyini qeyd edib.
Şəhidlərimizin ailə üzvləri ilə səmimi söhbət apan deputatlığa namizəd şəhidlərimizin heç vaxt unudulmayacağını vurğulayıb: "Biz onların ruhu qarşısında baş əyirik”.