Ramil Usubovun işdən çıxardığı polkovnik kimin oğludur? – FOTOLAR

Ramil Usubovun işdən çıxardığı polkovnik kimin oğludur? – FOTOLAR

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə vəzifəsindən azad edilən və sərəncama götürülən 12-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktoru Hacı Əli Məmmədovun oğludur. 

Sfera.az Axar.az-a istinadən xəbər verir ki, sabiq rəisin atası SSRİ Energetika Nazirliyinin “Azərenerjitikinti” Tresti Sərsəng TQİ-də mühəndis, böyük mühəndis, sahə rəisi və istehsal-texniki şöbənin rəisi vəzifələrində işləyib.SSRİ və İranın müştərək tikdiyi Xudafərin və Qız qalası hidrokompleksi layihəsinin SSRİ tərəfindən direktoru olub. 1997-ci ilə kimi “Azərenerjitikintiquraşdırma” Şirkətində vitse-prezident vəzifəsində çalışıb. Respublikanın əməkdar mühəndisidir.Ə.Məmmədоv 1947-ci il, iyulun 8-də Göyçə mahalının Basarkeçər rayonu, Daşkənd kəndində аnаdаn оlub. 2009-cu ildə Həcc ziyаrətinə gedib.Ü.Məmmədov həmçinin İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədovun qardaşıdır.Xatırladaq ki, Ü.Məmmədovun yerinə hələlik təyinat yoxdur.


OXŞAR XƏBƏRLƏR