Ramil Usubov saatsazın işdən çıxarılan oğluna vəzifə verdi

Ramil Usubov saatsazın işdən çıxarılan oğluna vəzifə verdi
 Bakının tanınmış saatsazının bir müddət əvvəl işdən çıxarılan polis oğluna yeni vəzifə verilib.

Sfera.az-ın məlumatına görə, saatsaz Hacı Fətəliyev APA-ya bildirib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis kapitanı Ceyhun Fətəliyev Nərimanov rayon Polis İdarəsinin Post Patrul Xidmətinə komandir təyin edilib.

H. Fətəliyev oğluna göstərilən etimada görə, Daxili İşlər Nazirliyinin və Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsində inspektor vəzifəsində çalışmış C. Fətəliyev bir müddət əvvəl xidməti avtomobili ilə qəza törətdiyi üçün işdən çıxarılıb.

Həmin vaxtı atası C. Fətəliyevin işdən çıxarılmasını başqa səbəblərlə əlaqələndirmişdi.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir"

Gənc nəslin təhsilinə gəldikdə, biz bu sahədə çalışırıq. Bu, bizim əsas prioritetlərimizdən biridir.   Sfera.az-ın məlumatına görə, bu sözləri P...

Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünəndən etibarən ABŞ-da Azərbaycan rəsmilərinə qarşı sanksiyalar məsələsinin gündəmə gəlməsi içimizdəki satqınların da absurd iddialarına yenidən start vermələ...

Prezident: "Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik"

Hesab edirəm ki, əgər biz Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoysaq və sülh sazişini imzalasaq, bütün söylədikləriniz yaxın zamanlar...

Əvvəllər də qanunsuzluq etmiş MTK yenə İŞ BAŞINDA: Bu dəfə yanğın törətdilər - FOTO/VİDEO

Nəsimi rayonu Xətai prospekti 38-də yerləşən ərazidə yanğın hadisəsi baş verib.   Bu barədə Sfera.az-a sözügedən ünvanda yaşayan sakinlər məlumat ver...

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi QURAŞDIRILDI

Bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk s...

Erməni ordusu Qazaxın kəndlərindən GERİ ÇƏKİLİR - VİDEO

Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir.    Sfera.az xəbər verir ki, bu barədə İctimai TV Ermənistan...