Ramil Usubov imtahan götürdü (FOTO)

Ramil Usubov imtahan götürdü (FOTO)
Prezident yanında Təhlükəsizlik Şurasının katibi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin "Hüquqşünaslıq” ixtisası üzrə Yekun Dövlət Attestasiya Komissiyasının sədri Ramil Usubovun sədrliyi ilə bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib.

Sfera.az xəbər verir ki, rektor Elçin Babayev uzun müddətdir ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Yekun Dövlət Attestasiya Komissiyasına sədrlik edən Ramil Usubova təşəkkür edib və yeni təyinatı münasibətilə BDU kollektivinin təbriklərini çatdırıb.

Ramil Usubov Hüquq fakültəsinin professor-müəllim heyətini salamlayıb və yetişdirdikləri yüksəkixtisaslı kadrlara görə təşəkkür edib. Bildirib ki, Yekun Dövlət Attestasiya Komissiyasının sədri olduğu bu illər ərzində onlarla əlaçı tələbə daxili işlər orqanlarında müvafiq işlərlə təmin edilib.

Müdafiədə Cinayət hüququ, Cinayət prosesi, İnsan hüquqları, Dövlət və hüquq nəzəriyyəsi və tarixi, Mülki hüquq, Mülki proses və kommersiya hüququ, Beynəlxalq hüquq, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedraları üzrə yerinə yetirilmiş işlər təqdim olunub. Ümumilikdə 30 nəfər bakalavr müdafiə edib, onlardan 26 nəfər "əla”, 4 nəfər isə "çox yaxşı” qiymətlərinə layiq görülüblər.

Təhlükəsizlik Şurasının katibi Ramil Usubov müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlərini söyləyib, bakalavrların hazırlığından məmnunluq ifadə edib.
 


OXŞAR XƏBƏRLƏR

145 ilin izi: buxardan QR koda uzanan relslər

1880-ci ilin yayında ilk buxar lokomotivi Bakıdan Sabunçuya səyahətə çıxdı. Dəmirdən körpülər, poladdan qatarlar, neftin ətri ilə dolu vaqonlar…  ...

XI sinfi bitirənlərin SAYI AÇIQLANDI

2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 222 nəfər şagird məzun olacaq.   Bu b...

Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır

Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week” 30-cu dəfə fəaliyyətə başlayır. Təşkil...

Azərbaycanın Keniyada səfirliyi açıldı – FOTO

  Azərbaycanın Keniyadakı səfirliyinin açılış mərasimi olub.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlu...

Fil marketə basqın etdi: Ərzaq məhsullarını yedi - FOTOLAR

Taylandın Nakhon Ratçasima əyalətində nadir hadisə baş verib. Bir böyük fil marketə daxil olaraq ərzaqları yeyib. Sfera.az xarici mediaya istinadən xəbər v...

Laçına MDB-nin mədəniyyət paytaxtı sertifikatı təqdim olundu

Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı &n...