Gündəm

Ramil Usubov daha bir rəisi vəzifəsindən azad etdi - VİDEO

Ramil Usubov daha bir rəisi vəzifəsindən azad etdi -   VİDEO
 Goranboy Rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.

Sfera.az "Report"a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Goranboy rayon polis şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Onun yerinə hələ ki, təyinat olmayıb.

Məlumata görə F. Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.
 

XƏBƏR LENTİ