Ramil Usubov 2 polis rəisini işdən çıxartdı - YENİLƏNİB
13:12 / 16.12.2018
6031
Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi Bayram Mazan oğlu Zeynalov tutduğu vəzifədən azad olunub.
Ağdam rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi Məmmədov Vasif Yusif oğlu vəzifəsindən azad edilərək sərəncama göndərilib.
Sfera.az report-a istinadən bildirir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Onun yerinə hələlik təyinat olmayıb.
Bir müddət əvvəl İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.