Ramazanın ilk 3 günündə bunları yemək olmaz- Əks halda...

Ramazanın ilk 3 günündə bunları yemək olmaz- Əks halda...
Müqəddəs Ramazan ayı bugündən etibarən, başladı. Dünyanın dörd bir yanında inanclı müsəlmanlar oruc tutur, İslamın müqəddəs ritualına əməl edirlər. Oruc tutmaq insan orqanizmi üçün kifayət qədər xeyirlidir. Lakin orqanizmin də oruca hazır olması gərəkdir. 11 ay ərzində kifayət qədər karbohidrat və şəkərlə, həmçinin, zülalla bəslənən orqanizm orucluğun ilk günlərində bəzən, aazacıq da olsa, əziyyət çəkəcək. 
Sfera.az tanınmış mütəxəssislərin Ramazanın ilk üç günü ilə bağlı məsləhətlərini təqdim edir:

1.İftarda çox xurma yemək olmaz: İftarı bir neçə ədəd xurma ilə açmaq lazımdır. Bu zaman qandakı şəkər lazımı qədər yüksələcək.  Lakin iftarda həddindən artıq çox xurma yemək olmaz. Çünki anidən yüksələn şəkər dozası anidən də enəcək ki, bu da orqanizmə pis təsir göstərəcək. 

2.Xurmadan sonra mütləq sulu yemək:  İftarı xurma ilə açdıqdan sonra az miqdarda da olsa sulu yemək qəbulu vacibdir. Bu zaman səhərdən fəaliyyətsiz qalan mədə-bağırsaq sistemi çox normal şəraitdə işə düşəcək cə heç bir ağırlıq yaşanmayacaq. Odur ki, iftar açılan kimi quru yeməkdən qaçmaq lazım;

3.Tez-tez yemək olmaz: İftarda aclıq və susuzluğu dəf etmək üçün sürətlə yemək və içmək qətiyyən olmaz.  Su qurtum-qurtum, fasilələrlə içilməli, yemək aramla yeyilməli və yaxşı çeynənməlidir. Mədəyə bayram ediriksə, axıra kimi edək... Əks halda mədə əlavə   ağırlıqla yüklənmiş olacaq;

4.Tərəvəzdən çox yararlanın: iftarda sulu yeməkdən həmən sonra tərəvəz qəbul etmək orqanizmə əlavə hədiyyədir.  Bu zaman qida qəbulundakı sistemlililik pozulmur. Sulu xörəkdən sonra həmən düyüyə keçmək isə mədənizdə azacıq ağırlıq yarada bilər. Odur ki, düyü yeməyə hələlik tələsməyin;

OXŞAR XƏBƏRLƏR

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...