Ramazanın 29-cu günü: dua, imsak və iftar vaxtı
20:22 / 23.06.2017
691
Sabah Ramazan ayının 29-cu günüdür.
Sfera.az Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:09-da, iftar isə saat 20:31-dədir.
Ramazan ayının 29-cu gününün duası:
"Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin".
Tərcüməsi:
"İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!"
Allah orucunuzu qəbul etsin!