Maqazİn

Ramaldan QALMAQALLI AÇIQLAMA: Fatimə ilə Elariz mahnı oxumasın

Ramaldan QALMAQALLI AÇIQLAMA: Fatimə ilə Elariz mahnı oxumasın
 

Müğənn Ramal İsrafilov "Üçəlli" verilişində qonaq olub.

Sfera.az lent.az-a istinadən bildirir ki, ifaçı verilişdə qalmaqallı açıqlamalar verib. O, Amerikaya köçən Elariz Məmmədoğlunun səsini bəyənmədiyini deyib:

"Elarizi Amerikaya göndərdik, yenə burada çıxır adı.Bəxtinə baxın, özü Bakıda yoxdur, reklamı gedir. Allah canını sağ eləsin, tembri də yoxdur. Səhər kanalı açıb onun səsini eşitsəm, kanalı çevirərəm. Onun səsi məni narahat edir".

Ramal illərlə dostluq etdiyi rəqqasə Fatimə Fətəliyevaya mahnı oxumamağı məsləhət bilib: "Fatimə, oxuma. Millətin zövqünü korlamayın. Dostumdur, buradan ona açıq deyirəm. Rəqqasədir, xınalarda götürür bəy-gəlin üçün oxuyur. Çəkirlər, videoları yayılır,gündəmə gəlir. Başqa ölkədə də baxıb deyirlər ki, Azərbaycan musiqisi bu gündədir. Hərə öz işi ilə məşğul olsun".

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031