Rafael Dadaşova cavab: "O da qadındır, orada həyatını qurmağa gedib"
00:10 / 01.02.2016
886
Xalq artisti Brilliant Dadaşovanın köməkçisi aktyor Rafael Dadaşovun sənətçinin
ünvanına səsləndirdiyi ittihamlarına cabab verib.
Seymur Zəkəryəyev AzNews.az-a açıqlamasında bildirib ki, B.Dadaşova bacısı
Sədaqət Dadaşovanın "Zuhal Topalla İzdivac" verilişinə çıxmasından xəbərsizdir:
"Rəfael müəllim, ola bilsin ki, məlumatsızdır. Sədaqət xanım həmin verilişə
özü gedib. Efirdə görüb, maraqlanıb və gedib. Burada qəbahət heç nə yoxdur.
O da qadındır, orada həyatını qurmağa gedib".
S.Zəkəryəyev vurğulayıb ki, Sədaqət Dadaşovanın həmin verilişdə iştirakı yaradıcılıq
baxımından müsbət qiymətləndirilməlidir: "Sədaqət xanım karyerasına müğənni kimi
başlayıb, uzun müddət Vaqif Mustafazadənin caz qrupunun üzvü olub, filmlərə çəkilib
və "Yaşıl eynəkli adam", "Səni axtarıram" tamaşasına çəkilib. Onun indi Türkiyəyə gedib
həmin şouda iştirak etməsi yaradıclııq və ailə baxımından yeni bir həyata başlamasından
xəbər verir. Ola bilsin ki, sənət, səhnə, film sahəsində uğur əldə etsin".
Qeyd edək ki, Brilliant Dadaşovanın bacısı Sədaqət Dadaşova Türkiyənin "Fox" telekanalında
yayımlanan "Zuhal Topalla İzdivac" proqramına qatılıb. Aktyor R.Dadaşov keçmiş həyat
yoldaşı S.Dadaşovanın proqrama qatılmasında B.Dadaşovanı ittiham edib. O, bildirib ki,
S.Dadaşovanı Türkiyəyə bacısı B.Dadaşova göndərib.