evli_wedding_2605230b

“Rafael Cəbrayılovun Akif Çovdarovla gördükləri işləri ifşa edəcəm” – Hafiz Hacıyev

Share Button

“Rafael Cəbrayılovun  vaxtilə Akif Covdarovla birgə gördükləri iş, ölkəmizin namuslu, qeyrətli xanımlarının başlarına açdıqları oyunların hamısı üzə çıxacaq”

Son günlər millət vəkili Rəfael Cəbrayılovla, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev arasında müəyyən qalmaqal yaşanır. Onlar bir-birini müxtəlif məsələlərdə ittiham etməklə məşğuldurlar. Görəsən, nə baş verir?  Hafiz Hacıyevlə müsahibəni təqdim edirik.

– Hafiz müəllim, millət  vəkili Rəfael Cəbrayılovun sizi müğənni Aygün Kazımovanın sözlərilə vurmasına münasibətiniz necədir?

– Mən Rəfael Cəbrayılov kimi nə qadınları aldatmamışam, nə də onların pulunu yeməmişəm. Rəfael Cəbrayılov onu yaxşı bilməlidir. Rəfael Cəbrayılov cinayət məsuliyyətinə cəlb olunmalı və o hüquq mühafizə orqanları qarşısında cavab verməlidir. Sahibkarın pulunu yemək cinayətdir. Bunu ölkə prezidenti cənab İlham Əliyev də deyib. Bu gün R. Cəbrayılov özünü itiribsə, buna sevinirəm. Çünki R. Cəbrayılov Eldar Mahmudovla bir yerdə Azərbaycan dövlətinə qarşı çevriliş etmişdir. Hüquq mühafizə orqanları da bunu gözəl bilir. R. Cəbrayılov əlində olan pulu da ona verməklə canını qurtarmaq istəyir.  Belə bir şey yoxdursa, gecə saatlarında R. Cəbrayılovun köməkçisi nədən mənə zəng edir, mesaj yazır? Onunla danışıq telefonumdadır. Bunların hamısını açıb, mətbuata bəlli edəcək və bildirəcəm ki, R. Cəbrayılov kimdir. Bu şəxsin keçmişi  də mənə bəllidir. Səviyyəsi olmayan bir insandır. Özü də xalqı aldatmaqla məşğul olan bir adamdır.  R. Cəbrayılov narahatdırsa, gedib  xanım sahibkarın pulunu qaytarsın. Növbəti iş həftəsinin ilk günü hüquq mühafizə orqanlarına müraciət edəcəyəm.   Bildiyimə görə, R. Cəbrayılovu rayon sakinləri xeyir və şər yerlərinə belə buraxmırlar. Bir neçə nəfər insan var ki, xalqımızın başına belə oyunlar açır. Ölkə prezidenti də onlara qarşı qəti mövqe ortaya qoyub deyə, narahatlıq keçirməyə başlayıblar. R. Cəbrayılovun  vaxtilə Akif Covdarovla birgə gördükləri iş, ölkəmizin namuslu, qeyrətli xanımlarının başlarına açdıqları oyunların hamısı üzə çıxacaq. Hər halda R. Cəbrayılov burcutmasın. Etdiyi cinayətlərə görə cavab verəcək. Pis yerə gəlib axşamlayıb. O bilməlidir ki, Hafiz Hacıyevlə heç zaman bacara bilməyəcək. Aygün Kazımova bir qadındır. O deyib, mən də ona cavab vermişəm. Məndə olan məlumata görə R. Cəbrayılovun haylarla qohumluğu var. Haylar da bu gün çalışırlar ki, Azərbaycana təzyiq etmək üçün müəyyən işlər görsünlər. Amma buna nail ola bilməyəcəklər. Hər halda prezidentimizin də Hafiz Hacıyev kimi qardaşı var və sona qədər qardaşımın yolunda mübarizə aparacağam. R. Cəbrayılovun səviyyəsini bütün Azərbaycan xalqı bilir.

– O deyir ki, H. Hacıyevin keçmişi ortada olmayıb. Bildiyimizə görə, siz daim müxalifətə və prezident əleyhinə olanlara qarşı mübarizə aparmısınız. Həmin şəxs bu keçmişdənmi narahatdır?

– Bəli. Onlar Azərbaycanı satan müxalifətin bir hissəsilə əlbirdirlər. Azərbaycanı dünyada nüfuzdan salmaq üçün Cəmil Həsənli müəyyən cabalarda bulunanda onun üzərinə getdim. Rəfael Cəbrayılov isə onlarla bir yerdədir. Dövlətçiliyi müdafiə etməyim görünür çoxlarını narahat edir. Bu narahatçılığı da başa düşürəm.  R. Cəbrayılovun gələcəkdə özünə ideal seçdiyi insanları Hafiz Hacıyevin vurması təbii qarşılanmalır. H. Hacıyevin keçmişi yüksək dərəcədə açıq və şəffafdır. Bunu heç kim inkar edə bilməz.  H. Hacıyev Azərbaycan dövlətçiliyini qoruyan kişilərdən biridir və bundan sonra da qorumaqda davam edərək, qardaşımın yanında olacağam. Heç kim bizi bu yoldan döndərə bilməz.

– Sizin haqqınızda, “klon” deyən adam 2013-cü ildə prezidentliyə namizəd olan Cəmil Həsənliyə böyük hörmətinin olduğunu müsahibəsində bildirmişdi.  Müxalifətin ayaqlandığı  bir vaxtda C. Həsənlinin bu şəkildə təriflənməsinə necə baxırsınız? Bu siyasi kursa xəyanət deyilmi?

– Onların bu gün Cəmil Həsənli və digər müxalif qüvvələrin yanında olmasını hamı bilir. Bu barədə sizdən də daha çox faktlara malikəm. Onlar fikirləşir ki, ölkədə bu gün neftin qiymətinin enməsi ilə hakimiyyəti onlara verəcəyik. Bu qətiyyən mümkün deyil. Eldar Mahmudovun dəstəsinin özü müxalifətlə birgə idi. Məndə Cəmil Həsənli ilə Rəfael Cəbrayılovun birgə yeyib-içmələrini əks etdirən şəkillər var. Bunlarla bağlı faktlar var ki, hamısı ortaya qoyulacaq. C. Həsənlini vurmağım bunlara yer edir. Klon mən deyiləm, Rəfael Cəbrayılovun özüdür və onun müdafiə etdiyi müxalifətdə olan insanlardır.  İmkan verməyəcəyik ki, bu cür səviyyəsiz, özünü gədə yerinə qoyan, müxalifətə pul verən bir insan Azərbaycanda gəlsin nəsə etsin.

– Bununla bağlı nə kimi faktlarınız var?

– Faktlar çoxdur. Hər halda gələn həftə ciddi məsələləri açacağam. Onda Rəfael Cəbrayılov kimiləri həbsə gedərlər. Əlbəttə, Cəmil Həsənli də gedib ona çörək aparıb verər. Bunlar zaman gözləyir ki, həmişə onlara qan udduran bir partiya sədrinə müəyyən sözlər desinlər və bu da C. Həsənliyə xoş getsin.  Bu baş tutan məsələ deyil. Hər halda, R. Cəbrayılov şəxsiyyəti olmayan bir insandır.

– Bu barədə sizə R. Cəbrayılovun özü, yoxsa köməkçisi zəng etmişdi?

– Köməkçisinin məndə mesajları da var. Birinci günü lazım olarsa onu sizə verə bilərəm. Onun özü də dəfələrlə naməlum telefonla zəng edərək, gecə saat 01.30 yalvarırdı ki, “Yenicag”a müsahibə vermədiyimi deyim. Mən o kişilərdən deyiləm, ağzımdan çıxan sözü sona qədər də yeyəsiyəm. Bu gün apardığım iş dövlətimizə və qardaşımla bir yerdə olmağıma əyani sübutdur. Hər halda,  C. Həsənlinin hakimiyyətdə olan adamlarının hamısının iç üzünü açıb ortaya qoyacağıq.

//Azerinfo.org

Share Button

DİGƏR XƏBƏRLƏR