Rafael Cəbrayılov:\"Əfv humanizmin təzahürüdür.”

Rafael Cəbrayılov:\
Humanizm sanki digər prinsipləri kölgədə qoyur.
 
Humanizm qanunlarımızın əsas prinsiplerinden biri olsa da, Milli Məclisin Amnistiya haqqında qərarları və dövlət başçısının əfv barədə sərəncamlarında humanizm sanki digər prinsipləri kölgədə qoyur. Çünki, qeyd etdiyim bu qanunların humanist keyfiyyeti o qədər yüksəkdir ki, sanki həmin qanunlar tamamilə humanizmdən yoğrulub. Cənab Prezident İlham Əliyevin dünən imzaladığı Əfv haqqında sərəncamı dövlət başçısının növbəti humanist addımı olmaqla yanaşı, eyni zamanda qarşıdan gələn Novruz Bayramı ərəfəsində xalqımıza bayram hədiyyəsi oldu.
       431 nəfər məhkuma şamil olunacaq bu sərəncam əsasən, azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumları özündə ehtiva etməsi iıə diqqəti cəlb edir ki, onların da sayı 399 nəfərdir. İki nəfər mehkumun ömürlük azadlıqdan məhrumetmə cəzasının müddətli azadlıqdan məhrumetmə cəzası ıle əvəz edilməsi, habelə, keçmiş səhiyyə naziri Əli İnsanovun da bu siyahıda olmasi diqqətəlayiq haldır.
       Onu da qeyd etmək istərdim ki, bəzi insanlarımız amnistiya və əfv aktlarının daha çox mehkumlara şamil olunmasını istəyirler ki, bu da məqsədəuyğun hesab edilə bilməz. Çünki, bu məhkumların töretdikleri cinayətlər nəticəsində zərərçəkmiş insanlar var. Onların da kədər və mənəvi sarsıntılarına etinasız qalmaq olmaz. Hüquqi balansın qorunması vacibdir.  Belə ki, kütləvi efv və kütləvi amnistiya ölkədə qanunçuluğun möhkəmlənməsinə menfi təsir göstərər. Bu dünya təcrübəsində də belədir. Məhkumun islah yoluna qədəm qoyması, səmimi peşmançılığı, zərərçəkmiş şexsin mövqeyi əfvetməni şərtləndirən əsas cəhətlərdəndir.
Sonda cənab Prezidentə bu humanist addıma görə seçicilərimin təşəkkür və minnətdarlıqlarını, habelə səmimi bayram təbriklərini yetirirəm.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər - CANLI

Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyevlə Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər.   Sfera.az xəbər verir ki, bu bar...

Roza Zərgərli bu akademiyada dərs deməyə BAŞLADI - VİDEO

Məşhur müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb.   Sfera.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. ...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...