“Rabitəbank”ın mənfəəti kəskin artıb

“Rabitəbank”ın mənfəəti kəskin artıb
 

"Rabitəbank” ASC bu ilin yanvar-sentyabr aylarını 7,621 milyon manat mənfəətlə başa vurub.

Sfera.az  Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 16 dəfə çoxdur.

9 ay ərzində "Rabitəbank”ın gəlirləri 38,159 milyon manat (illik müqayisədə 14,3% çox), xərcləri 27,639 milyon manat (2,4% çox), xüsusi ehtiyatlara ayırmaları isə 2,898 milyon manat (47,6% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə "Rabitəbank”ın aktivləri 653,732 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,4% azdır. Bunun 325,521 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 27,2% böyüyüb.

Hesabat dövründə "Rabitəbank”ın öhdəlikləri 2,3% azalaraq 556,273 milyon manata, o cümlədən depozit portfeli 11,9% azalaraq 432,17 milyon manata düşüb, balans kapitalı isə 12% artaraq 97,46 milyon manata çatıb.

Xatırladaq ki, "Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə ("Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 1,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...