Rabitəbank “Media Sahibkarlığı və PR” mövzusunda təlim təşkil edib

Rabitəbank “Media Sahibkarlığı və PR” mövzusunda təlim təşkil edib
 

İlk dəfə "Media Sahibkarlığı və PR” mövzusunda Rabitəbank tərəfindən təlim təşkil olunub.

 

"Rabitəbank” tərəfindən media nümayəndələri üçün "Media sahibkarlığı və PR” istiqamətində intensiv təlim sessiyası təşkil olunub.

 

İntensiv təlim sessiyasında təlimçi qismində isə Almaniya, Böyük Britaniya və Amerikada media və kommunikasiya sahəsində təhsil və təcrübə proqramlarının iştirakçısı, yerli mütəxəssis Ellada Mustafayeva çıxış edib.

 

Təlim əsasən, biznes jurnalistikası üçün lazım olan bacarıqlar, mövzuları araşdırmaq üçün haştaq strategiyası, yeni mediada vizual məzmun yaratmaq üçün alətlər, online mediada marketinq və PR, media sahibkarlığı, sosial media kampaniyaları, branding, viral və hədəf auditoriyasına yönəlik marketinq mövzularını geniş əhatə edib.

 

Təlimin sonunda peşəkar jurnalistlərlə yanaşı, gənc media nümayəndələrilə interaktiv formada, xüsusi workshoplar (təlim tapşırıqları) təşkil olunub.

Məlumat üçün qeyd edək ki, "Rabitəbank” tərəfindən bu istiqamətdə təlim sessiyasının təşkil olunmasında məqsəd, media nümayəndələrini professional bacarıqlarınına inkişaf etdirilməsinə dəstək göstərmək, rəqəmsal aləmdə başverən yeniliklər və tətbiqlər barədə informasiya mübadiləsini həyata keçirmək və gələcək əməkdaşlıqları gücləndirməkdir.

 

Bundan əlavə, "Rabitəbank” gələcəkdə də rəqəmsal jurnalistika istiqamətində təlim sessiyalarının təşkilini davam etdirmək, yerli media ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir.

 

Ölkənin ilk müstəqil banklarından biri olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.


OXŞAR XƏBƏRLƏR

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...