İqtİsadİyyat

"Rabitəbank" ölkə ixracatçıları üçün yeni kampaniyaya başlayıb

Müştərilərə daim yeniliklər və asan həllər təklif edən "Rabitəbank” ASC ölkə ixracatçıları üçün yeni kampaniyaya start verib.

Bankdan Sfera.az-a  verilən məlumata görə, yerli istehsalat və brendlərin ölkədən kənar tanınması və ixracı üçün, ABŞ dolları üzrə cəmi 4,9%, Azərbaycan manatı üzrə 13,9% ilə, 30 min manat və ya ekvivalentində başlayaraq, 36 ayadək "İxracatçı” kredit kampaniyasından faydalana biləcəklər. Əlavə güzəşt olaraq kredit alan sahibkarlara, ixracdan daxil olan vəsaitin konvertasiyası və XÖHKS ilə köçürülməsi  üzrə komissiyası 0%, kreditin rəsmiləşdirilməsi və ixracdan daxil olan vəsaitin nağdlaşdırılması komissiyasına 50% endirim olunacaq.

Kampaniya haqqında daha ətraflı məlumat üçün, bit.ly/ixracatkrediti linkinə daxil olub və yaxud bankın Çağrı mərkəzi (012) 133 telefon nömrəsinə zəng edərək məlumat əladə etmək mümkündür. Kampaniya 01.02.2020-ci il tarixinədək davam edəcək.

 

Ölkənin ilk müstəqil və rəqəmsal həllər təklif edən banklarından biri "Rabitəbank” 25 xidmət məntəqəsi, 68 ATM və "RabitabankBot” ilə müştərilərin xidmətindədir.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930