İdman

Qvardiola "Mançester Siti"dəki xələfinin adını açıqlayıb

Qvardiola
 

İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola gələcəkdə onu hansı şəxsin əvəz edə biləcəyini söyləyib.

Sfera.az xəbər verir ki, 48 yaşlı mütəxəssisin fikrincə, "şəhərlilər"ə onun köməkçisi Mikel Arteta rəhbərlik edə bilər: "Əminəm ki, məndən sonra komandanı o, qəbul edəcək. Bu, gec-tez baş verəcək. Hələ gənc məşqçidir. Amma onun böyük futbolçularla və aparıcı klublarla iş təcrübəsi var. Əsas odur ki, Mikel gözəl insandır. Əla məşqçidir, gələcəkdə böyük uğurlar qazanacaq", - deyə Qvardiola bildirib.  

Qeyd edək ki, Mikel Arteta 2016-cı ildən "Mançester Siti"nin məşqçilər heyətində yer alır.  

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031