Gündəm

Qusarlı Alyona hamını necə aldada bildi? – Bakirə imiş

Qusarlı Alyona hamını necə aldada bildi? – Bakirə imiş
 

Son günlər sosial sosial şəbəkələrdə əsas müzakirə mövzularından biri qusarlı qız Alyonanın cəzaçəkmə müəssisəsində danışdıqları, qətl hadisəsi törətməsinin səbəbləri barədə dedikləridir.

Söhbət 1997-ci il təvəllüdlü, evin ortancıl övladı olan Alyona Baxışovanın Qusarın Rəcət kəndində özündən 4 yaş böyük olan qardaşı Baxışı baltalayıb öldürməsindən gedir. Qardaşının ona təcavüz etdiyini deyən Alyona 2014-cü ildə onu bu səbəbdən öldürdüyünü, meyiti öncə həyətyanı sahədə basdırdığını, bir müddət sonra çıxarıb, bir neçə hissəyə doğradığını və evlərindən xeyli uzaqda yerləşən bostanda basdırdığını deyir.

Sfera.az xəbər verir ki, bizimyol.info sözügedən cinayətlə bağlı detallar əldə edib. A.Baxışovanın işini 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Ramella Allahverdiyevanın sədrlik etdiyi, Novruz Kərimov və Tamilla Nəsrullayevadan ibarət hakimlər kollegiyası araşdırıb. Məhkəmədə Alyona ifadəsini bir neçə dəfə dəyişib.

Öncə deyib ki, qardaşını öldürməsi haqda ittihamda yazılanlar da, istintaqdakı ifadəsi də yalandır. İddia edib ki, cinayəti törətməsi barədə istintaqdakı ifadəsini təzyiq altında verib: "İstintaqda ifadə verəndə mənə ciddi təzyiqlər oldu. Dedilər, "qardaşını öldürdüyünü etiraf elə”. Mən də eləməyə məcbur oldum. Mən eləməmişəm…”

Məhkəməsi gedərkən hələ 19 yaşı olan Alyona iddia edib ki, qardaşı Baxışı qonşuluqda yaşayan Ələsgər Səlimov öldürüb. Ələsgər də məhkəməyə gəlib. Məlum olub ki, o, ruhi xəstədir, bunu təsdiqləyən həkim sənədi də var.

Alyona məhkəmədə başqa bir ifadəsində isə Baxışı öldürdüyünü təsdiqləyib. Deyib ki, 1993-cü il təvəllüdlü qardaşı hərbi xidmətdən qayıdandan sonra onu tez-tez təhqir edirdi, vururdu, sataşırdı. Qardaşının zoofiliyaya meylli olduğunu, hətta həyətlərindəki heyvana qarşı da onun nalayiq hərəkətlərini gördüyünü deyən Alyonanın sözlərinə görə, anası da bundan xəbərdar idi.

Alyona məhkəmədə deyib ki, özünü müdafiə etmək məqsədilə Baxışı öldürüb: "Getdikcə məni daha tez-tez döyürdü, təhqir edirdi. Hadisə günü gecə hamı yatmışdı. Gecə saat 3-4 arası mənim otağıma girib üstümə cumdu, paltarlarımı çıxarmağa çalışırdı, əlini saçlarıma atdı. Karnizin dəmiri ilə başına vurub həyətə qaçdım. Gizləndim, amma arxamca gəlib məni tapdı. Odun olan yerdən baltanı götürdüm. Üstümə gələndə balta ilə başına iki dəfə vurdum, yerə yıxıldı. Bir anlıq ayıldım, qaldım ki, neyləyim. Həyətin küncündə yeri qazıb yarım saat ərzində onu basdırdım. Əynimdəki paltarı çıxarıb yandırdım. Telefonu məndə idi. 

Baxışın nömrəsi ilə nənəmə mesaj yazdım ki, "SDK”ya işləməyə getmişəm. Hər gün, ya iki gündən bir mesaj yazırdım. Anam, nənəm polisə Baxışın itkin düşməsi barədə ərizə yazmışdı. Hadisədən 7 ay keçdi. Baxışı basdırdığım yerdən su keçirdi. Onu daha uzaq bir yerə basdırmalıydım. Evdən xeyli uzaqda bostan sahəmiz vardı. Orada yer qazdım. Hava qaralandan sonra qonşudan aldığım araba ilə onu birinci basdırdığım yerdən çıxartdım. 

Arabaya yerləşsin deyə, ayaqlarını və qollarını kəsdim. Onu birtəhər aparıb orada basdırdım. Bu vaxt məni balaca qardaşım Rafiq gördü. Rafiqə dedim ki, pomidor əkirəm. Bir müddət vaxt keçdi. Baxışın telefonu evdə tapıldı. Artıq məndən şübhələnmişdilər. Nənəmlə Qusara getmişdim. Sahə inspektoru Rövşən müəllim gəlib məni tutdu. Baxışı öldürmək niyyətim yox idi. Özümü qorumaq istəyirdim…”

Bu danışdıqlarından sonra hakimlər onun dediklərinin doğruluğuna şübhə ilə yanaşıblar: "Sən bu cinayət baş verəndə yetkinlik yaşına çatmamışdın. Səni kim öyrədib? Düzgün danış. Sən bu boyda cinayəti tək törədə bilməzdin. Kim yardım edib? Sən bu canınla o meyiti necə daşıya bilərdin? Düzgün danış, araşdıraq…”

Alyona bu əməli təkbaşına törətdiyini, heç kimin xəbəri olmadığını təkrarlayıb. Məhkəmədə Alyonanın anası Bacıxanım Baxışova oğlunu heyvana qarşı davranışına görə tənbeh etdiyini təsdiqləyib. Amma o, qızının Baxışı məhz ona təcavüz cəhdinə görə öldürməsi barədə dediklərinin yalan olduğunu bildirib.

B.Baxışova qızından çox şikayətlənib. Deyib ki, həyat yoldaşını tez itirib, uşaqlarına həm ata, həm də ana olub. Ancaq qızı ona layiq övlad olmayıb: "Alyonanın hərəkətləri heç xoşuma gəlmirdi. Bizi saymırdı. Bir stəkan çay, su istəsəm, gətirmirdi, deyirdi ki, öz ayağın var, get gətir. Bir də görürdün, özbaşına rayona (kənddən Qusara – red.) gedirdi, gecənin bir yarısı evə gəlirdi. Sanki evimizdə ayrı respublika idi. Baxış əsgərlikdən gələndən sonra fəhlə işləyirdi, qazandıqlarını evə gətirirdi. Alyona ilə yola getmirdi, çünki özbaşınalığı ona pis təsir edirdi. Alyonanın qoyunları naxıra aparmasına görə dəfələrlə dalaşıblar. Mən də Alyonaya deyirdim ki, qoyuna getmə, qız uşağısan. O, bizi saymırdı…”

Alyona isə anasının qardaşının ölümünə görə ona qarşı acıqlı olduğunu, bu üzdən onunla bağlı yalan danışdığını söyləyib: "Yalan danışma, anamsan, amma haqqıma girmə. Oğlunu öldürdüm deyə, mənə acıqlı olub şər atma burada…”

B.Baxışova hadisə günü barədə də danışıb. Deyib ki, gecə səs-küy eşitməyib. Səhər duranda Baxışı görməyib, onu soruşub. Alyona deyib ki, nənəsinə mesaj yazıb, "SDK”ya işləməyə gedib, orada əsgər yoldaşıgildə qalır: "Təəccübləndim, çünki məndən xəbərsiz o, heç yerə getməzdi. Polisə məlumat verdik. Üstündən 7-8 ay keçəndən sonra telefon evdən tapıldı. Ondan 10-15 gün sonra balaca oğlum Rafiq sümüklərini bostandan tapdı. Alyonanın öldürdüyü ortaya çıxdı. Allah onun bəlasını versin. Üzünü belə görmək istəmirəm. Ömürlük həbs edin, bir də çıxmasın. Övladlıqdan silmişəm onu…”

Bununla belə, anası Alyonanın hansısa oğlanla münasibətini, kiminləsə görüşüb-danışmasını görmədiyini bildirib. Hakim bildirib ki, cinayət işinin materiallarında ekspert rəyi var. Yazılıb ki, Alyonanın bakirəliyi pozulmayıb. Bu arada xatırladaq ki, Alyona bir neçə gün əvvəl verdiyi müsahibədə qardaşının onu zorladığını bildirmişdi. Amma ekspertiza onun bakirə olduğunu təsdiqləyib.

Alyonanın kiçik qardaşı Rafiq də ona nifrət etdiyini deyib. Alyonanın böyük qardaşı ilə yola getmədiyini vurğulayan Rafiq bildirib ki, onun sümüklərini bostandan özü tapıb: "Bir gün Alyonanın bostanda axşamçağı yeri bellədiyini gördüm. Soruşdum, pomidor əkdiyini dedi. Bir müddət keçmişdi. Bostanda gəzəndə qəribə iy gəldi. Torpağı qazdım, yerdən sümüklər tapdım. Polisə məlumat verdim. Məlum oldu ki, bu sümüklər qardaşımındır. Mənim Alyona adlı bacım yoxdur. Onunla danışmaq, bir də üzünü görmək istəmirəm. Lənət olsun…”

Qonşu Sənubər Talıbova ümumiyyətlə, bu ailənin problemli olduğunu, tez-tez evlərindən dava-dalaş səsi gəldiyini, uşaqların anası Bacıxanımın xarakterinin də ağır olduğunu, bu üzdən onunla dəfələrlə küsdüklərini deyib. Alyonaya gəlincə, qonşu bildirib ki, özünə qapanan qız idi. Baxış haqda da danışan qonşu onun bəzən spirtli içki qəbul edib söyüş söydüyünü, dava saldığını söyləyib.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031