Krİmİnal

Qusarda toyda qan töküldü

Qusarda toyda qan töküldü

Qusar rayonunda toyda dava düşüb.

Sfera.az  xəbər verir ki, hadisə rayonun Gican kəndində qeydə alınıb.

Kənddə keçirilən toy mərasimində kənd sakini Əlimətov Gülməmməd Gülməd oğlu sərxoş vəziyyətdə toy məclisində həmkəndlisi, 48 yaşlı Xanbubayev Adil Sabir oğlu ilə mübahisə edib. 

Davaya çevrilən mübahisə nəticəsində G.Əlimətov A.Xanbubayevi yerə yıxaraq onu boğmaq istəyib. A.Xanbubayev özünü müdafiə üçün üzərində gəzdirdiyi bıçaqla G.Əlimətova üç bıçaq zərbəsi endirib.

Yaralı xəstəxanaya yerləşdirilib. A.Xanbubayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. /oxu.az

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031