Qurbanovun ingilis mediasına müsahibəsi - Video

Qurbanovun ingilis mediasına müsahibəsi - Video

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında "Çelsi” ilə oyundan sonra mətbuat konfransında iştirak edib.

Sfera.az Azvision.az-a istinadla Qurban Qurbanov britaniyalı jurnalistlərin suallarını cavabını təqdim edir:

- "Qarabağ”ı Azərbaycan Premyer Liqasında və Çempionlar Liqasında hansı yerdə görürsüz?

- Özümüzü Çempionlar Liqasında harada gördüyümüzü deyə bilmərəm. Qrup mərhələsində olmaq istəyirdik, bunu da əldə etdik.

- 2008-ci ildən "Qarabağ”ın baş məşqçisisiz. Klub həmin vaxt bu səviyyədə deyildi. Siz komandaya böyük uğur qazandırdınız...

- Dəyərli suala görə çox sağ olun. "Qarabağ”ın Çempionlar Liqasının qrupunda iştirakı Azərbaycan futbolunda bir ilkdi. Belə baxanda, kiçik futbol ölkəsiyik. Ölkə olaraq, futbolda indi-indi inkişaf etməyə başlayırıq. Çətin addımlarda mənim adım olduğu üçün şadam. Bizim üçün asan deyil. Bu cür turnirin qrup mərhələsinə düşməyimizə baxmayaraq, belə böyük hesablı məğlubiyyət mənə xoş deyil. Amma inkişaf etmək istəyiriksə, bu cür məğlubiyyətlərlə razılaşmalıyıq, belə halları gözümüzün qabağına gətirməliyik. Çəkinmədən, utanmadan daha da çox çalışmalı və bundan da irəli getməli düşünməliyik.

- "Qarabağ”ın Çempionlar Liqasında iştirakı sizin üçün nə deməkdi?

- Bu, bizim üçün böyük uğurdu. Bunu əldə etmişik və bu nailiyyət Azərbaycanda futbolu daha da sevdirdi, futbola maraq artdı.

- "Qarabağ” azarkeşlərinin çoxu bu gün klubun formalarını geyinməsələr də, Azərbaycan bayraqları ilə sizə dəstək oldular. Bu, üzərinizdə təzyiqi artırmışdı?

- Yəqin ki, bu komandanın tarixini və "Qarabağ” adının mənasını bilirlər. Bizim yaralı yerimizdir. Qarabağ torpaqlarının çox hissəsi erməni daşnaklarının əlindədi və haqsız yerə əlimizdən alıblar. Azərbaycan bayrağını tribunlarda görmək əksinə mənə güvən, inam verir, məsuliyyətim daha da çoxalır. Şadam ki, bu komandanın baş məşqçisiyəm. Nə qədər ağır olsa da, komandamın belə məğlubiyyətlə üzləşməsini istəməzdim. Bir azərbaycanlı kimi, "Qarabağ”da işləməkdən fəxr duyuram və əlimdən gələnin artığını etməyə çalışıram.

DİGƏR XƏBƏRLƏR