İdman

Qurban Qurbanov ilin məşqçisi seçildi

Qurban Qurbanov ilin məşqçisi seçildi
 Azərbaycanda ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.

Sfera.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.

Səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan Qurban Qurbanov 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib. 45 yaşlı mütəxəssis demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb. Sorğuda iştirak edənlərdən cəmi iki nəfər "Zirə”nin baş məşqçisi Ayxan Abbasovu fərqləndirib.

Qurban Qurbanov 2017-ci ildə "Qarabağ”a ardıcıl 4-cü dəfə Azərbaycan çempionluğunu, 3-cü dəfə Azərbaycan kubokunu qazandırıb. "Qarabağ” Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə də vəsiqə əldə edib. "Köhlən atlar” qrup mərhələsində Madrid "Atletiko”su ilə qarşılaşmalarda iki xal qazanıb

AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31