Qurban bayramında heyvan kəsimi üçün çadırlar qurulacaq
Cəmiyyət
17:46 / 09.07.2019
2671
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramına hazırlıq işləri görür.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunmuş mətbuat konfransında deyib.
Q.Təhməzli bildirib ki, Bakıda vəregionlarda bayram vaxtıheyvan kəsimi ilə bağlı çadırlar quraşdırılacaq:
"Bu çadırlar, heç olmasa, minimum standartları özündəcəmləşdirən heyvan kəsimi çadırları olmalıdır”.
AQTA sədri vurğulayıb ki, Qurban bayramında bir çox yerlərdə heyvan kəsimi ilə bağlıvəziyyət sözün əsl mənasında biabırçılıqdır. Bu, istənilən xəstəliyin yayılmasına səbəb ola bilər.