"Quran müqəddəs kitab deyil" - Elşad Miri

"Qurani Kərimin heç bir yerində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz”.
Sfera.az
 xəbər verir ki, bu fikirləri ilahiyyatçı Elşad Miri "Yaşıl Orta” verilişində qonaq olarkən bildirib.
Onun sözlərinə görə, Qurana hər kəs toxuna bilməlidir. Toxunanda nə yazıldığını görməli, şahidi olmalı, Quran onun stolüstü kitabına çevrilməlidir.
-Bu Quranı adiləşdirmir?
Bəs biz niyə Quranı müqəddəsləşdirməliyik?
-Bu fikirlərinizə etiraz edən müsəlmanlar onu dəlil olaraq göstərirlər ki, Qurani Kərim müqəddəsdir və biz ona istənilən halda digər kitablar kimi yanaşsaq, digər kitabları necə dəstəmazsız əlimizə alırıqsa Qurani Kərimi də o cür əlimizə alsaq, bu yanaşma Quranı adiləşdirir.
"Digər kitablardan bunun fərqi nədir? Ərəbcəsi olmasaydı nə deyəcəkdiniz? Məsələn biz bu gün bir sorğu keçiririk, yəqin ki yaxın vaxtlarda hazır olar, öz kanalımda yayımlayacam onu. Təsəvvür edin ki, üzərində Azərbaycan dilində  müqəddəs kitab yazılan bir kitab var. Müqəddəs kitab dediyiniz indi Tövratdır. Qurani Kərimin heç bir ayəsində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz. Bu kitabın çap olunduğu kağızın digər kağızlardan nə fərqi var? Fərq sadəcə burada ərəb əlifbasının olmasıdırmı?  O zaman bu məntiqdən belə çıxır ki, ərəb əlifbası müqəddəsdir. Yaxşı onda belə bir sual verim: Tövratın gəldiyi ibrani dili müqəddəsdirmi? Yaxud İsa Peyğəmbərin yazdığı aramicə müqəddəsdirmi? Əlimizdə olan ilk İncil yunan dilindədir. Bu dil müqəddəsdirmi? İnsanlara ərəbcə yazılan kitabı verirsiniz, bilmir bu Qurandır ya hər hansı bir sevgi ilə bağlı olan dastandır. Biz Əlyazmalar İnstitutuna getsək, orada bir çox materiallar köhnəlməyən əlifba dediyimiz həmin ərəb dilində yazılıb”.
Sfera.az

OXŞAR XƏBƏRLƏR

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.    Sfera.az lent.az-a istinadən bildirir ki, qasırğa üç gün davam edəcək və bu ayın ...

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...