Gündəm

"Rus-Türk müharibəsi başlayacaq və buna biz də qoşulacağıq"

"Rus-Türk müharibəsi başlayacaq və buna biz də qoşulacağıq"

Rusiya Dövlət Dumasının Kommunist partiyasından olan deputatları 1921-ci ilin martın 16-da 

Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq

 haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər.

1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi Azərbaycan üçün də mühüm əhəmiyyət

 kəsb edir. Müqavilənin şərtlərinə əsasən, Naxçıvan Türkiyənin himayəsi altında və Azərbaycanın 

tərkibində muxtar ərazi statusuna malikdir.

Sfera.az bildirir ki, bununla bağlı millət vəkili Fazil Mustafa ölkə.az-a danışıb:

"Müqavilə ləğv olunsa, bu müqavilənin alternativi müharibədir. Heç kim öz torpağından vaz keçmək 

fikrində deyil. Ona görə də Rusiya "Kars müqaviləsi"ni birtərəfli qaydada ləğv etsə, bu Türkiyəyə

 əsas verəcək ki, rəsmi Ankara Naxçıvanın müdafiəsi üçün hərbi əməliyyatlara başlasın. Bu zaman 

Rusiya ilə Türkiyə arasında müharibə başlayacaq və bu müharibəyə Azərbaycan da qarışacaq. Çünki 

burada Naxçıvanın taleyi həll olunur".

Qeyd edək ki, Moskva müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də iki dövlət 

arasında "Qars müqaviləsi" müddətsiz olaraq imzalanıb.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031