"Qarabağ"dan növbəti transfer - Bakıya gəldi

"Qarabağ"dan növbəti transfer -  Bakıya gəldi

Ağdam klubu yeni transferini həyata keçirib.

Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqronun "Rudar" klubu ilə qarşılaşacaq "Qarabağ" yeni transferini həyata keçirib. Sfera.az-n sportnet.az-a istinadən məlumatına görə, söhbət hollandiyalı futbolçu Raydell Pupodan gedir. 

 

Artıq 28 yaşlı hücumçu Bakıya gəlib.  

Qeyd edək ki, "Ayaks"ın yetirməsi olan Pupo ölkəsində "Ayaks"dan başqa, "Villem II", Rotterdam "Sparta"sı, "De Qrafsxap", "ADO Den Haaq" və "NAK Breda" klublarının şərəfini qoruyub. Raydell ötən mövsüm Fransa Liqa-2 təmsilçisi "Valansyen"də ilk dəfə legioner həyatı yaşayıb. O, ötən mövsüm 35 oyunda 7 qol vurub.


OXŞAR XƏBƏRLƏR