"Çox sayda şəhidimiz var, bir nömrəli düşmənimiz PKK-dır" - Ərdoğandan canlı yayımda sərt mesajlar
Cəmiyyət
00:56 / 09.09.2015
1490
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda danışır.
Sfera.az avropa.info-ya istinadən xəbər verir ki, "A Xəbər"in qonağı olan prezident Hakkaridə baş verən olaya da toxunub.
"Çox sayda şəhid verdiyimiz PKK hücumu var. Hər şeydən əvvəl kədərliyik. Hazırda baş nazir də təhlükəsizlik iclası keçirir. Bölgədə atılacaq addımlar daha qərarlı olacaq. Məlum partiya terror təşkilatını arxasına alaraq hərəkət edir. Terrora qarşı birgə mübarizə yoxdur. Terrora qarşı ortaq bir siyasi yön ortaya qoya bilməmişik. Biz terrorla mübarizə, milli birlik və qardaşlıq olmasını istədik. Bu layihəyə qarşı bir partiya çıxdı. Millətçisənsə buna qarşı çıxmayacaqsan.
Bunlar Türkiyə dövlətindən qərb ölkələrinə şikayət edəcək qədər alçalmışlar. Bunlar cənazələrə gəlirlər, düşünürlər ki, orada necə manipulyasiya edək, nə çıxararıq. "Bizim üçün bir nömrəli təhdid PKK-dır. Növbəti yerdə isə xaricdən gələn təhdidlərdir ki, İŞİD burada 2-ci yerdədir. Mübarizəmiz yalnız İŞİD-lə deyil; PKK, PYD və DHKP-C ilə də mübarizə davam edir. Qərb bizi bu mübarizədə həmişə tək qoydu. PKK ilə mübarizəni sona qədər davam etdirmək məcburiyyətindəyik."
Sfera.az