"Keçinəndən sonra da 10 bıçaq zərbəsi vurub" - 16 yaşlı məktəblinin dəhşətli qətli - VİDEO

"Keçinəndən sonra da 10 bıçaq zərbəsi vurub" -  16 yaşlı məktəblinin dəhşətli qətli - VİDEO

Zaqatalada məktəblinin qətlə yetirilməsinin bəzi detalları məlum olub.

Sfera.az APA TV-yə istinadən məlumatına görə, hadisə oktyabrın 14-ü axşam saat 20 radələrində Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən ikimərtəbəli yaşayış binasının qarşısında baş verib.

Həmin binada anası ilə kirayədə yaşayan, 1999-cu il təvəllüdlü İbrahim Ramin oğlu Əsədzadəilə Zaqatala şəhəri M.Ə.Rəsulzadə küçəsi 65 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Murad Möhsüm oğlu Məmmədov arasında dava olub. Dava zamanı 14 yaşlı Murad Məmmədov üzərində gəzdirdiyi bıçaqla 16 yaşlı İbrahim Əsədzadəyə çoxsaylı bıçaq xəsarəti yetirib. İbrahim Əsədzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Qətlə yetirilən yeniyetmənin babası Əli Əsədovun sözlərinə görə, qətli törədən məktəbli binanın girişində gizlənibmiş:

"Hökumət evidir. Girişdə gizlənib, gələndə arxadan sol tərəfə - ürəyinə vurub. Bundan sonra keçinib. Görün, nə qədər amansız adamdır ki, keçinəndən sonra da 10 bıçaq zərbəsi vurub. Öləndən sonra da bıçaqlayıb".
 
Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Murad Məmmədov tutularaq istintaqa təhvil verilib.
 
Zaqatala rayon prokuroru Əli Abdullayevin sözlərinə görə, hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi güman edilir:

"Tərəfimizdən Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanılaraq, istintaq davam etdirilir. İstintaqın ilkin mərhələsində cinayəti törətməkdə şübhəli bilinən Məmmədov Murad Möhsüm oğlu şübhəli şəxs qismində saxlanılıb. İlkin istintaq hərəkətləri zamanı istintaqa məlum olan budur ki, cinayətə iki şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə səbəb olub".

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, qətlə yetirilən İbrahim Əsədzadə Zaqatala şəhər 3 saylı məktəbinin 11-ci sinif şagirdi olub. İbrahimin atası anasından ayrılıb və hazırda Rusiyada yaşayır. Onun sənədlərində problem olduğu üçün oğlunun yas mərasiminə gələ bilmir. Bu səbəbdən yas mərasimi İbrahimin həm ata babası, həm də  ana babası tərəfindən ayrı-ayrılıqda keçirilir.

Qətli törədən Murad Məmmədov isə Zaqatala şəhəri 2 saylı rus bölməli məktəbin şagirdidir.


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...