"Kara Sevda"nın Nihanı evlənir - VİDEO, FOTO

"Kara Sevda"nın Nihanı evlənir -  VİDEO, FOTO

Nümunəvi cütlük bir-birilərinə qarşı hər fürsətdə sevgilərini nümayış etdirir.

Türkiyənin məşhur aktrisası, Azərbaycanda da böyük maraqla izlənən “Kara Sevda” 
serialının ulduzu Neslihan Atagülün toy tarixi məlum olub. 

ANS PRESS-in məlumatına görə, eyni evdə yaşayan Neslihan Atagül ilə "Kösəm Sultan"ın
 "Mehmet Giray Han"ını canlandıran Kadir Doğulu iyun ayında nikah masasına oturacaq. 

Nümunəvi cütlük bir-birilərinə qarşı hər fürsətdə sevgilərini nümayış etdirir. “Kara Sevda”nın 
baş qəhrəmanlarından biri Neslihan nişanlısı Kadirə sürpriz edərək aynada “Sabahın xeyir” 
yazıb. Aktyor isə yazının şəklini çəkərək sosial şəbəkədə paylaşıb. 


Neslihan Atagülün Kadirə sürprizi 

2 il sevgili olan Kadir Doğulu ilə Neslihan Atagül ötən ilin noyabr ayında nişanlanıblar. 
Bir müddət əvvəl məşhur türk aktrisası Fahriye Evcenin sevgilisi Burak Özçiviti tərəf 
müqabili Neslihan Atagülə qısqanması xəbərləri gündəmə gəlib.




Kadir Doğulu və Neslihan Atagül 

Onların film boyu olduqca səmimi səhnələri belə şayiələrin yayılmasına əsas verib. Fahriye
 Evcenin son günlər tez-tez çəkiliş məkanına getməsi bu səhnələri gördükdən sonra 
sevgilisini qısqanması ilə əlaqələndirilirdi.