"İnsanlar bir az da qənaətcil olmağa təlqin edilməlidir"

"İnsanlar bir az da qənaətcil olmağa təlqin edilməlidir"
“Biz istəsək də, istəməsək də “üzən məzənnə”yə keçilməsi qaçılmaz idi.

Gün.Az xəbər verir ki, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib. Onun sözlərinə görə, dünyada neçə illərdir yaşanan maliyyə-iqtisadi kataklizmlər bu və ya digər şəkildə ölkələrin iqtisadiyyatlarına da ciddi təsir göstərir və proseslər bir çox hallarda da devalvasiyalarla müşaiyət olunur.

O, xatırladıb ki, Azərbaycanla eyni regionda yerləşən ölkələrdə də devalvasiyalar yaşanıb və yaşanmaqdadır. “Həmçinin, ABŞ-la, Qərblə Rusiya arasında, Türkiyəylə Rusiya arasında yaşanan gərginliklər də bu proseslərə təsirsiz ötüşmür və beləliklə də devalvasiya istər-istəməz qaçılmaz olur.

Azərbaycanda da növbəti devalvasiya dalğasının yaşanması, “üzən məzənnə”yə keçilməsi bu baxımdan qaçılmaz oldu və dünyanın aparıcı iqtisadçı-ekspertləri belə Azərbaycanının bu addımının doğru olduğunu bildirməkdədirlər.

Qeyd edim ki, əhalinin bu məsələdən ciddi zərər görməməsi üçün də dövlət, hökumət tərəfindən addımlar atılır və atılmalıdır. Dünən elə ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə növbəti addım atıldı, əlil və şəhid ailələri üçün 10 milyon manat ayrıldı. Bu, çox əhəmiyyətli bir addımdır.

Eyni zamanda, hesab edirəm ki, məsələ ətrafında cəmiyyətdə yaranmış şoku aradan qaldlırmaq üçün geniş maarifləndirmə işləri aparılmalıdır.

Ölkədə istehlak mədəniyyəti yüksəldilməlidir, insanlar bir az da qənaətcil olmağa təlqin edilməlidir. Həmçinin, bazarın qorunması, qiymətlərin aşağı salınması lazımdır.

Cənab Prezidentin özü də hələ bir neçə ay öncə çıxışında 2016-cı ilin kifayət qədər ağrılı, çətin il olacağını söyləmişdi və müvafiq tapşırıqlarını da vermişdi.

Bu baxımdan hesab edirəm ki, həmin tapşırıqların icrası yönündə addımlar sürətləndiriləcək, eyni zamanda, digər zəruri addımlar atılacaq və ölkəmiz bu sınaqdan da üzüağ çıxacaq” - deyə, H.Rəcəbli sözlərinə əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.   Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçıları...

Fransa Azərbaycandakı səfirini GERİ ÇAĞIRDI

Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirl...

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanı qəbul edib.   Bu barədə Musa...

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

“Aprel ayının 3-də Prezident Yanında Əfv Məsələləri Komissiyası öz iclasına başladı. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Müvafiq rəylərin hazırla...

Almaniya prezidenti Türkiyəyə gedir – RƏSMİ

Almaniya prezidenti Frank-Valter Ştaynmayer gələn həftə üçgünlük səfərlə Türkiyəyə gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Almaniya pr...

Sülhməramlılar Azərbaycanı tərk etdi - VİDEO

Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib.    Sfera.az bu barədə Musavat.com-a istinadən xə...