"İlk qazandığım pul 40 "şirvan" olub" - FOTO

"İlk qazandığım pul 40 "şirvan" olub" -  FOTO

Günay İbrahimli müğənni olmazdan öncəki iş həyatından danışıb.

Sfera.az bildirir ki, gecce.az xəbər verir ki, Günay bundan öncə müəllimə kimi çalışdığı barədə "Hər səhər" verilişinə danışıb:

"Mən musiqiçi ailəsində böyümüşəm. Babam tar müəllimi, atam qarmon ifaçısı anam isə musiqi müəllimi olub. Onların mənim bu sənətə gəlməkdə böyük rolları olub. Onlar mənə müğənni olmağa imkan verməyə bilərdilər. İlk öncə, valideynlərimin halallığıdır, onu da almışam. 

İkinci sinifdə oxuyanda fortepiano məktəbinə getmişəm, 7 il orada təhsil almışam. 4 il Asəf Zeynallı adına musiqi kollecinin fortepianı şöbəsini bitirmişəm. Orada oxuduğum zaman müəllimə işləmişəm. İlk qazandığım pul 40 "şirvan" olub. Özüm uşaq idim, amma evdə uşaqları musiqi məktəbinə hazırlayırdım. Amma fortepiano dərsinə sevə-sevə getməmişəm. Həmişə deyirdim ki, başqa peşəyə yiyələnməliyəm". 

Daha sonra vokal dərsləri alan Günay İbrahimli ilk müəlliminin İlqar Muradov olduğunu söyləyib:

İlqar Muradovdan vokal dərsləri almışam. Bir müddət səsim üzərində çalışdım və gördüm ki, səs püxtələşir. Hazırda 24 yaşım var və bu günə qədər istədiyimi əldə etmişəm. Riskə getməyi sevirəm. Necə nəticələnəcəyini düşünmədən irəliyə doğru gedirəm. Çox vaxt udmuşam, uduzduğum hallar az olub".

Günayın müğənni olandan sonra dəyişdiyini iddia edənlər var. Amma Günay vəziyyətə görə dəyişmək məcburiyyətində qaldığını deyir:

"Elə yerlər var ki, orada özünü dartmalısan. Bunu dövr tələb edir. Mənimlə ünsiyyət quran insanlar bilir ki, həmin insanam. İnsan nə qədər dəyişməyə çalışsa da, özünəməxsus xüsusiyyətlərini heç nəyə görə itirmir. Mən tamamilə dəyişsəm, tamaşaçı məni sevməz. Ola bilər ki, bəzi insanlar məni öz gözlərində olduğum kimi görmək istəmir".


OXŞAR XƏBƏRLƏR