Gündəm

"Günəşli" yatağındakı yanğın söndürüldü

"Günəşli" yatağındakı yanğın söndürüldü

"Günəşli" yatağındakı 10-cu özüldə yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 4 dekabr

 2015-ci il tarixində "Günəşli" yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində yanğının

 söndürülməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirilib.

Görülmüş fasiləsiz və təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq, 10 fevral 2016-cı il tarixində saat 

19:24-də yanğın tamamilə söndürülüb.

X X X

SOCAR-ın məlumatında isə bildirilir ki, dekabrın 4-də Bakı və Abşeron yarımadasında nadir hallarda

 təsadüf edilən çox güclü qasırğa zamanı "Günəşli" yatağında yerləşən 10 saylı dərin dəniz özülündə

 baş vermiş qəza nəticəsində yanan quyular fevralın 10-da tamamilə söndürülüb.

Yanğın zamanı quyuağzı avadanlıqların sıradan çıxması nəticəsində quyuların hermetikliyi pozulmuşdu 

ki, bu da quyuların boğulmasını çətinləşdiriridi. Mövcud texnika və avadanlıqlardan maksimum səmərəli

 istifadə edilərək, əlavə problem yaratmadan yanan quyularda növbə ilə quyuağzı avadanlıqlar dəyişdirilib,

 quyular məhlul ilə boğulub.

Görülmüş tədbirlər nəticəsində yanğın tam söndürülüb.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031