"Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özülünün yanğından sonrakı görüntüləri yayılıb - VİDEO

"Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özülünün yanğından sonrakı görüntüləri yayılıb - VİDEO

"Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özülünün yanğından sonrakı vəziyyətini özündə

 əks etdirən görüntülər yayılıb. Sfera.az "report"a istinadən həmin görüntüləri təqdim edir.

Xatırladaq ki, bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev 

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülünə səfər edib. Əvvəlcə özülün yanğın söndürüldükdən

 sonrakı vəziyyətinə baxış keçirilib. Əsas istehsal qurğu və avadanlıqların, həmçinin quyuların vəziyyəti 

haqqında şirkət prezidentinə məruzə edilib. Sonra SOCAR-ın aidiyyəti rəhbər işçilərinin iştirakı ilə istehsalat müşavirəsi keçirilib. SOCAR prezidenti yanğının söndürülməsindən sonra özüldə qəzanın nəticələrinin aradan qaldırılması qrafiki ilə tanış olub, bu istiqamətdə aparılacaq təmir-bərpa işlərinin əsas prioritetlərini vurğulayıb, təhlükəsizlik qaydalarına əməl olunmasının, ekoloji məsələlərə diqqət yetirilməsinin, təmir-bərpa işlərinin yüksək keyfiyyətlə aparılmasının və quraşdırılacaq avadanlıqların etibarlılığının mühüm əhəmiyyət daşıdığını söyləyib.

R.Abdullayev özüldə hasilat prosesinin planlaşdırılan müddətdə bərpa olunması məqsədilə görüləcək işlərdən danışıb, idarə və müəssisə rəhbərlərinə konkret tapşırıqlarını verib.


OXŞAR XƏBƏRLƏR