"Görünür ki, müharibə təhlükəsi realdır"

"Görünür ki, müharibə təhlükəsi realdır"

Son vaxtlar Dağlıq Qarabağla bağlı çox ciddi fikirlər səsləndirilir. Belə ki, amerikalı həmsədrin 7 rayonun qaytarılması və azad olunacaq ərazilərə sülhəramlı qüvvələrin yeridilməsi fikirləri heç də təsadüfi sayıla bilməz. Eyni zamanda müdafiə nazirinin cavab atəşi ilə bağlı verdiyi göstərişi də bu münaqişə ocağının aktivləşəcəyi ehtimalını artırır. Ekspertlər bu gərginliyin arxasında ciddi proseslərin dayandığını istisna etmirlər.

Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşərkən politoloq Ərəstun Oruclu bildirib ki, Dağlıq Qarabağla bağlı çox ciddi hadisələr baş verir: "Ümumiyyətlə Dağlıq Qarabağ ətrafında çox müəmmalı hadisələr baş verir. Mənə elə gəlir ki, bu hadisələr yaxşı məqamlardan xəbər verən məsələlər deyil. Bu baxımdan Dağlıq Qarabağ ətrafında gərginliyin artması görünür.  Müdafiə nazirinin cavab atəşi ilə bağlı son tapşırığının özü də bir göstəricidir. Düşünürəm ki, Dağlıq Qarabağla bağlı bir böhranlı mərhələyə daxil oluruq. C.Uorlikin də ərazilərin geri qaytarılması ilə bağlı verdiyi açıqlamalar bu böhranın qarşını almağa yönəlib. Əvvəllər biz bu cür birmənalı bəyanatların şahidi olmurduq.  Artıq görünür ki, müharibə təhlükəsi realdır. Çünki düşünmürəm ki, Azərbaycan tərəfi ağır texnikadan atəş açan vaxtı erməni tərəfi bunu sadəcə müşahidə edəcək".

Sfera.az


OXŞAR XƏBƏRLƏR