"Əminəni böyütməkdə Leylaya kömək edəcəm" - Emin

"Əminəni böyütməkdə Leylaya kömək edəcəm" -  Emin

Müğənni-bəstəkar Emin Rusiyanın “Telenedelya” jurnalına müsahibə verib. 

Sfera.az həmin müsahibəni qısaldılmış formada təqdim edir:

- Yəqin bilirsiniz ki, sizi "doğulandan pendir-yağ içində üzən qızıl oğlan" adlandırırlar...

-  ... qızıl yataqda yatır, gümüş boşqabda yemək yeyir. Özüm haqqında bunun kimi çox şayiələr eşitmişəm. Bu dedi-qodulara əhəmiyyət vermədiyimi desəm, yalan olar. Həqiqətdən mənə uzaq olan bu sözlərə üzülürəm. Hamı yaxşı bilir ki, atam Araz Ağalarovun yaratdığı və ölkənin ən böyük məkanı olan Crocus Group-un vitse-prezidentiyəm. Heç kim bilmir ki, bizim evdə hər şey göydən düşməyib. Bütün olanımızı atamın zəhməti nəticəsində əldə etmişik. Bakıda doğulmuşam. Balaca evimiz var idi. Otağa bir yataq güclə yerləşirdi. Digərində isə kreslo, stol və divan varıydı. Kiçik dəhlizimiz və mətbəximiz var idi. Həyatımın üç ili bu balaca evdə keçib. 1981-ci ildə Moskvaya köçdük.

- Moskvada eviniz var idi?

- Burada heç nəyimiz yox idi. Atam Bakıdakı evimizi Moskvada birotaqlı mənzilə dəyişdi. İlk on ili atam ancaq dəyişmə ilə məşğul oldu: birotaqlı evi ikiotaqlıya, yenidən birotaqlıya dəyişdi. Nə dayəmiz, nə də köməkçimiz var idi. Evdə hər şeyi anam edirdi: məni və yeni doğulan bacım Şeylanı böyüdürdü. Bir müddətdən sonra Moskvanın mərkəzində ev aldıq. Anam dadlı yeməklər hazırlayırdı, hər axşam qonşular mətbəximizə yığışırdı. Evimizi tez-tez dəyişdiyimiz üçün, ildə bir məktəbə gedirdim. Sözün əsl mənasında avaraçılıq edirdim: tərkedilmiş binaların damında siqaret çəkirdim. Atam cibxərcliyi vermirdi. 13 yaşımdan işləməyə başladım. Atam yaxşı qazanırdı. Onun bu uğuruna quldurlar qısqanırdı. Bir dəfə məktəbdə reketlər üstümə hücum etdilər: “Hər həftə bizə pul verəcəksən, yoxsa səni şikəst edəcəyik”. Qürurlu oğlan idim, əvvəlcə valideynlərimə heç nə demədim. Amma sonra atamla məsləhətləşmək qərarına gəldim. O, məni sakitləşdirdi və həmin gündən sonra onları görmədim. Həmin gündən başa düşdüm ki, məni mühafizəçilər qoruyur. Bir dəfə isə liftdə başqa hadisə oldu. Atam başa düşdü ki, məni uzaqlaşdırmaq lazımdır. 13 yaşımda İsveçrəyə getdim və orada təhsilimi davam etdirdim. 

- “Ağır rejimə” neçə il dözdün?

- İki il. Anamla bacım Amerikada yaşayırdı. Atam məni də ora apardı. 15 yaşımda günü 20 dollara işləməyə başladım. Daha sonra benzindoldurma məntəqəsində və restoranın qarderobunda çalışdım. Burada isə 200 dollar qazanırdım. 

- Səhnəyə ilk çıxışını necə xatırlayırsan?

- Unudulmaz idi. Amerikada təhsil alırdım və işləyirdim. Bir iranlı dedi ki, gənclər üçün festival olacaq, gedək? Getdik, bar, səhnə, mikrofon... Hamı növbə ilə çıxır və oxuyurdu. Həyəcanla mahnımı oxudum. Həmin anı yenidən yaşasam, utandığımdan ölərdim. Əsl cəhənnəm idi. İlk albomumda yalnız Emin adı yazılmışdı. Nə soyadım, nə də şəklim yox idi. Atam uzun müddət yaradıcı işlərimi Ağalarov ailəsindən kənarda etdiyimi başa düşmürdü. Müslüm Maqomayev dünyasını dəyişəndə bir çarx hazırlanırdı. Orada rejissordan xahiş etdim ki, səhnəyə çıxarkən mənim Arazın oğlu olduğumu deyilən hissəni kəssinlər. Atamın xətrinə dəymişdi: “Niyə bunu kəsirsən? Axı onu Müslüm deyib?”. Bir müddət əvvəl isə atam etiraf etdi: “İndi hər şeyi başa düşürəm. Hərdən xaricə gedib, həmkarlarımla görüşəndə onlar mənə deyirlər ki, “Siz Eminin atasısınız”. Xaricdə səni musiqinə görə sevirlər”.

  

- Sən həm də iki oğul atasısan. Onların dünyaya gəlişi ilə həyatınız dəyişib?

- Keçmiş həyat yoldaşım Leyla (Leyla Əliyeva - red.) hamilə olan gündən həyatım dəyişdi. Amerikaya getdik, adət etdiyim həyatdan uzaqlaşıb, ancaq onunla məşğul oldum. Əli və Mikayıl həyatımın ən önəmli hissəsidir. İkinci sinifə gedirlər. Dahidirlər. Azərbaycan, rus, ingilis dilini bilirlər. Mikayıl riyaziyyatı gözəl bilir. Tələbkardır, hər istədiyini etməyə çalışır. Əli isə tam fərqlidir. Yaradıcılığı sevir – rəqs edir, mahnı oxuyur. Çox dalaşırlar. Otaqda onları tək qoymaq olmaz. Həmişə sual verirlər: "Ata, niyə gedirsən? Niyə biz olan yerdə işləmirsən?”. Atam həmişə deyirdiki uşaqları ailənin sirindən uzaq tutmaq lazımdır. Bakıda dəniz kənarında böyük villamız var idi. Ora mənim, atamın dostları gəlirdi. Həmin ərəfədə Leyla hamilə idi. Düşündük ki, hələ bu evdə övladlarımız da yaşayacaq. Həm qonaqlar, həm ailə düz gəlmirdi. Qərar verdik ki, iki eyni formada villa tikdirək.  Ümid edirəm ki, övladlarım ana tərəfdən babalarına (Prezident İlham Əliyev - red.) və ata tərəfdən babalarına (Araz Ağalarov - red.) baxıb, dərs götürəcəklər. Öz üzərlərində çalışıb, uğurlu adam olacaqlar.

 

- Övladlarınız gözəl ailədə böyüyür. Amma buna baxmayaraq, siz xanımınızla ayrılmısınız. Bu övladlarınıza təsir edib?

- Onlara təsir etməməsi üçün çalışırıq. Bunun üçün çox da əmək sərf etmirik. Çünki bizim Leyla ilə gözəl münasibətimiz var. Əsasən cütlüklər bir-birini incitdiyi üçün ayrılır. Bu bizə aid deyil. Uzun müddət ayrı yaşayırdıq. Bir-birimizə hörmət edirik, birlikdə övladlarımızı böyüdürük. Bir müddət əvvəl Leyla uşaq evindən qız övladlığa götürdü. Adı Əminədir. Qızı böyütməsində ona kömək etməyi planlaşdırıram.

 

- Yenidən ailə qurmaq haqqda düşünürsünüz?

- Leyla ilə münasibətlərimiz gözəl olsa da, bunu uğursuz nikah hesab edirəm. Boşanmaq bu mənanı verir. Hələ ki, ikinci dəfə ailə qurmaq istəmirəm. Uşaqlarımı böyütmək bütün gücümü və vaxtımı alır. Eyni zamanda da idarə etdiyim böyük biznesim var. Hər şeyin öz vaxtı var.(axşam.az)


OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...