"Bu şəhərdə" kimləri parodiya edəcək?

"Bu şəhərdə" kimləri parodiya edəcək?

“Bu şəhərdə” komandası “Millionçu” adlı yeni konsertə hazırlaşır.
Komandanın ssenaristi Müşviq Abbasov Axşam.az-a açıqlamasında yenilikləri ilə bağlı xəbər verib. O, bu il şou-biznes nümayəndələrinə az yer ayırdıqlarını bildirib:

“Beş yeni səhnəcik olacaq. Onlardan biri isə parodiyadır. ATV-nin aparıcısı Mətanət Əliverdiyevanı parodiya edəcəyik. Bu il şou-biznes nümayəndələrinə az yer vermişik. Çünki şou-biznesimiz yoxdur, ölüb. Müğənnilər nə klip çəkdirir, nə də mahnı oxuyur. Ona görə biz də onlardan əl çəkdik. Əsasən verilişlərə, aparıcılara üstünlük vermişik. Ola bilsin ki, Nüşabə Ələsgərli və Nazənini parodiya etdik. Toy səhnəsi isə olduğu kimi qalır. Yeni qonaqları olacaq".

M.Abbasov 5 gün planlaşdırdıqları konsertin günlərinin sayını artırmağı düşündüklərini bildirib:

“Hazırda insanların əksəriyyəti istirahətdədir. Şəhərdə çox adam yoxdur. Bunu nəzərə alsaq bilet satışlarımız yaxşıdır. Hətta bir günün bileti bitib. Belə davam etsə, konsertin günlərini çoxaldacağıq".

Qeyd edək ki, konsert oktyabrın 8,9,10,11,12-də Heydər Əliyev Sarayında baş tutacaq. Gecəyə biletlərin qiyməti 10 manatdan 100 manata kimidir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...