"Balaşın kişiliyinə şübhə edən üçün oteldə nömrə götürüm..."

"Balaşın kişiliyinə şübhə edən üçün oteldə nömrə götürüm..."


Tanınmış estrada müğənnisi Xatun Əliyeva mediada "qız" kimi təqdim edilən stilist qardaşı Balaşın müdafiəsinə qalxdı. 

Sfera.az xəbər verir ki, primetime.az-a açıqlama verən müğənni dedi ki, o, bu qara-piarın 

arxasında hansı məşhurun dayandığını yaxşı bilir: 


"Balaş təbiətcə çox sakit insandır. Efirdən, həmkarları ilə qalmaqallardan uzaq gəzir. Qardaşıma atılan şər-böhtanın 

arxasında qadın müğənni dayanır. Bu da onun sifarişidir. Tələbatlı müğənnilərdən olduğum üçün Xatunu bu yolla

 nüfuzdan salmaq istəyirlər. Məqsədli şəkildə məni "vuran" həmin bədbəxt kəsi Allaha tapşırıram. Sürdüyü həyat 

tərzindən, uşaqlarından utansın. Hələ ki, adını açıqlamıram. Əgər şər-böhtanlarına "stop" deməsə onu rüsvay 

edəcəm. Qardaşımın xoşbəxt ailəsi var. Yalan xəbər yayıb insanların evində söz-söhbət yaradana Allah lənət eləsin. 

Oxuculardan üzr istəyirəm, lakin bunu deməsəm ürəyim partlayar. Balaşın kişiliyinə şübhə ilə yanaşan o, qadın 

müğənni üçün Bakının ən bahalı otellərinin birində otaq götürməyə hazıram. Gəlib bir gecə qardaşımla görüşsün.

 Balaş öz kişiliyini artıqlaması ilə ona sübut edə bilər!"


OXŞAR XƏBƏRLƏR