Qünutda azərbaycan dilində dua etmək olarmı?

Qünutda azərbaycan dilində dua etmək olarmı?
Qünut namazda yeganə əməldir ki, onun sözlərini istənilən dildə söyləməyə icazə verilir. Qünut duadan ibarətdir, duanı hər hansı dildə etməyin günahı yoxdur. Qünutdan başqa namazın bütün sözləri mütləq ərəb dilində deyilməlidir.

Sfera.az islam.az-a istinadən bildirir ki, qünutda məsumlardan rəvayət edilən duaları orijinal şəkildə, ərəb dilində oxumağın daha böyük savabı vardır. Çünki bu dualar Allahın əzəmətini və bəndənin Allah qarşısında mövqeyini ən gözəl şəkildə ifadə edir. Əgər namaz qılan şəxs ərəb dilində dua bilmirsə yaxud Allahdan özəl bir  istəyi varsa, bunu öz ana dilində də söyləyə bilər.



OXŞAR XƏBƏRLƏR