Cəmİyyət

“Quli”yə qarşı ağır ittiham – Hökumətin casusu...

“Quli”yə qarşı ağır ittiham – Hökumətin casusu...
Azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun ("Quli”) rəqibləri onun "oğru dünyası”na təsir imkanlarını zəiflətmək cəhdlərini davam etdirir. 
"Yeni Sabah” Rusiya KİV-nə istinadən məlumat verir ki, rəqibləri indi də "Quli”ni Qazaxstanın xüsusi xidmət orqanları ilə əlaqədə ittiham edirlər. Bu barədə mediaya məlumat ötürən mənbə iddia edib ki, "Quli”nin yaxın adamlarından sayılan qazax əsilli Arman Cumagəldiyev ("Arman Dikiy”) Qazaxstanın xüsusi xidmət orqanlarının ştatdankənar xəfiyyəsidir. 

"Arman Cumagəldiyev Qazaxstanın hakim partiyasının üzvü olub və xüsusi xidmət orqanları ilə fəal şəkildə əməkdaşlıq edib”,- deyə mənbə iddia edib.

Məlumatda qeyd edilir ki, Arman Cumagəldiyev kriminal aləmdə 2005-ci ildə Qazaxstanın Şımkənd şəhərində fəaliyyət göstərən "Turist” otelinə toplaşmış müxalifətçilərə basqından sonra tanınıb. Həmin vaxt Arman Cumagəldiyev basqının fəal iştirakçısı olub və müxalifətçilərə qarşı qəddarlığı ilə seçilib. 

O, bu əməlinə görə 1 il "iş” alıb. Bundan sonra o, Qazaxstanın keçmiş prezidenti Nursultan Nazarbayevun qızı Dəriqə Nazarbayevaya məktub yazaraq onu "düşmənə qarşı mübarizədə” güc tətbiq etməyə çağırıb. 

İddia olunur ki, İnterpolun "Quli”nin axtarışına həvəssiz yanaşmasının bir səbəbi də onun Arman Cumagəldiyevlə yaxınlıq etməsidir. Nadir Səlifov Rusiya tərəfindən İnterpol xətti ilə axtarışa verilib. Lakin xüsusi xidmət orqanları ona kömək edir. "Xüsusi xidmət orqanları ona bir sıra problemlərin həllində yardım edir.  O, sərbəst şəkildə dövlət sərhədlərini keçir, Türkiyə onu təhvil vermir”, - deyə mənbə bildirib. 

"Quli”nin hədəfə gəlməsi onun "oğru dünyası”nda nüfuzunun getdikcə artması ilə izah edilir.  

Arman Cumagəldiyevin gürcü "qanuni oğru” Quram Çixladzeyə ("Kvejoyeviç”) əl qaldırması isə "Quli”yə hücum üçün fürsət yaradıb. Məsələ burasındadır ki, Quram Çixladze Nadir Səlifovla görüşdə vurulub. Lakin Arman Cumagəldiyev onun "qanuni oğru” statusu daşıdığından xəbərsiz olduğunu deyib. Nadir Səlifov da bu əməlinə görə Arman Cumagəldiyevin cəzalandırılmasına həvəssiz yanaşıb. 

Bu olaydan sonra digər gürcü oğrular Badri Koquaşvili ("Badri Kutaisi”)  və Emzar Caparidze ("Kvatiya”) Nadir Səlifovun "qanuni oğru” titulundan məhrum edilməsi barədə məsələ qaldırıblar. Rusiyanın nüfuzlu "qanuni oğru”larından sayılan Zaxari Kalaşov ("Şakro Molodoy”) da onlara dəstə verib. 

Bəzi iddialara görə, əslində bütün bunların arxasında Zaxari Kalaşov dayanır. "Quli”nin getdikcə daha çox nüfuz qazanmasını qəbul etməyən Zaxari Kalaşov onu zəiflətməyə çalışır.  Lakin bu məsələdə "Quli”yə qarşı birləşən "qanuni oğru”lar istəklərinə çata bilməyiblər. 

Əksinə,  "sxodka” zamanı Badri Koquaşvili, Emzar Caparidze və Quram Çixladzenin özlərinin problemləri üzə çıxdı. Bəlli olub ki, hər üç "qanuni oğru” başqa "oğru”larla konfliktdədirlər.  Bu halda onlar kiminsə "qanuni oğru” statusundan məhrum edilməsi məsələsini qaldıra bilməzlər.  Bu azmış kimi onların özlərinin "qanuni oğru” statusları şübhə altına alınıb. 

Bundan başqa, Arman Cumagəldiyevin törətdiyi əməllə bağlı izahatı "sxodka”ya toplaşan "oğru”lar tərəfindən etirazla qarşılanmayıb. Beləliklə, "Quli”  birmənalı qələbə qazanıb.

Görünür, rəqibləri "Quli”nin bu qələbəsini həzm edə bilmirlər və onu "vurmaq” üçün yeni ittihamlar üzərində işləyir və bunu dərhal media vasitəsilə ictimailəşdirirlər. 

İndi bütün kriminal dünya "Quli”nin yeni ittihamlarla bağlı hansı addımı atacağını gözləyir.

Sfera.az

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031