“Quli”nin sirdaşı niyə qətlə yetirilib? – “Əmircanlı Elşən”in öldürülməsi ilə bağlı “iş”də yenilik

“Quli”nin sirdaşı niyə qətlə yetirilib? – “Əmircanlı Elşən”in öldürülməsi ilə bağlı “iş”də yenilik
 

Kriminal avtoritet Elşən Məmmədovun ("Əmircanlı Elşən”) qətli ilə bağlı araşdırmalar beynəlxalq hüquqi kazusla nəticələnib. 

Sfera.az  xəbər verir ki, 2017-ci il sentyabrın 11-də Tiflisdə öldürülən Elşən Məmmədovun qətlində iki rusiyalı ittiham edilirdi. Gürcüstan məhkəməsi onlar barəsində qiyabi hökm çıxarmağa hazırlaşırdı. Lakin bu ərəfədə Rusiyanın İstintaq Komitəsi həmin şəxsləri həbs edərək paralel araşdırmalara başlayıb. Rusiyada məhkəmə qarşısına çıxarılacaq adları açıqlanmayan bu şəxslər ya bəraət alacaq, ya da məhkum ediləcək.

Elşən Məmmədov azərbaycanlı qanuni oğru Nadir Səlifovun ən etibarlı adamlarından olub. Onun əsasən qisas əməliyyatlarına cavabdeh olduğu iddia edilir. 

"Qanuni oğru” Rafiq Eyvazovun ("Masallı Rafiq”) cəzalandırılması da onun aktivinə yazılır. Bundan başqa, Elşən Məmmədovun adı mərhum "qanuni oğru” Rövşən Canıyevin ("Rövşən Lənkəranski”) qətlində də hallandırılırdı. Yerli mətbuatın yazdığına görə, Elşən Məmmədov özü də bir neçə məclisdə "Rövşəni mən güllələmişəm”  deyərək "qanuni oğru”nun qətlində əsas iştirakçı olduğunu bəyan edirmiş. 

Gürcüstan hüquq-mühafizə orqanları Elşən Məmmədovun qətli ilə bağlı iki versiya üzərində işləyirdi. Versiyalardan biri bu idi ki, Elşən Məmmədov Azərbaycanın iki güclü kriminal qruplaşması ("Lənkəranski”-"Quli”) arasında Rusiyadakı meyvə-tərəvəz bazası uğrunda savaşın qurbanı olub. 

İkinci versiyaya görə isə Elşən Məmmədov Nadir Səlifovla biznesmen Zaur Əhmədov arasındakı konfliktə görə öldürülüb. Zaur Əhmədov həm də Rövşən Lənkəranskinin əmisi oğludur. Bu hadisədə əsas fiqurantlar arasında Rövşən Canıyevin qardaşın Namiq Caniyev və onun İsgəndər adlı köməkçisinin adı hallandırılırdı.

Elşən Məmmədovu qətlə yetirənlər Rusiyada həbs edilsə də, bu ölkə onların Gürcüstana ekstradisiyasından imtina edib. 2018-ci ildə isə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq idarəsi Gürcüstandan bu məsələdə beynəlxalq hüquqi yardım istəyib. Lakin həmin vaxt artıq Gürcüstanda istintaq başa çatıb və cinayət işinin materialları baxılması üçün Tiflis Şəhər Məhkəməsinə göndərilib.

2019-cu ilin avqustunda isə Rusiyada istintaq yekunlaşıb. Təqsirləndirilən şəxslər və onların vəkilləri cinayət işinin materialları ilə tanış olmağa başlayıblar. Bu mərhələdə yeni qalmaqal ortaya çıxıb. Təqsirləndirilən şəxslərin vəkilləri Rusiyanın Baş Prokurorluğuna müraciət ünvanlayaraq istintaqı səriştəsizlikdə ittiham ediblər.


OXŞAR XƏBƏRLƏR

"Semka" ləqəbli tiktoker HƏBS EDİLDİ

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərə...

Martda Azərbaycanın idxalı ixracdan çox olub – SƏBƏB

Azərbaycanın mart ayında həyata keçirdiyi xarici ticarət əməliyyatlarında idxalın ixracdan çox olması faktı qeydə alınıb. Bunun nəticəsində xarici ticarət balan...

Almaniya Prezidenti Türkiyəyə SƏFƏR EDƏCƏK

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyəyə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb...

Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” ela...

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası aprelin 19-da keçiriləcək.   Sfera.az xəbər verir ki, toplantının gündəliyinə 14 məsələnin mü...

Kürdə batan ata və qızının axtarışları DAVAM EDİR - VİDEO

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-...