Quli və  Pribaltikanın bir nömrəli oğrusu üz-üzə: YENİ MÜHARİBƏ BAŞLAYIR

Quli və Pribaltikanın bir nömrəli oğrusu üz-üzə: YENİ MÜHARİBƏ BAŞLAYIR

Ənənəvi olaraq Pribaltika  son illərdə gürcü "vor zakon”ların nəzarətindədir.

Sfera.az  "Crimerussia.com”  saytına istinadən xəbər verir ki, 2000-ci ildən burda cəzasını çəkən Zurab Şamuqiya (Adu Zuqdidskiy)  sonradan elə burada məskunlaşıb.

Demək olar ki, başqa oğruları bura soxulmağa qoymayıb. Arada "Cemo” ləqəbli  Cemal Mikeladze Riqada "hərəkət” etmək istəsə də, Zuqdidskiy bunun qarşısını aldı. "Cemo”ya anlatdılar ki, Rusiyadan onu sifariş ediblər. Pribaltikanı ya özü tərk etsin, ya da tabutda göndərəcəklər.
Bundan sonra Mikaladze Riqanı tək etdi, avtomobil alveri ilə məşğul olan kommersantlar nəhayət, rahat nəfəs aldılar və əvvəlkitək ancaq Zuraba pul ödədilər.
2016-ci ildə eston mafiyasının lideri Nikolay Tarankov öldürüldü. Bu cinayət də Zuqdiskinin ayağına yazıldı. Onun nüfuzu bundan sonra daha da yüksəldi.
Ancaq onu indi daha çətin sınaq gözləyir.

Qanuni oğru Nadir Səlivof Pribaltikada fəallaşıb.  Pribaltika ona Avropanı fəth etmək üçün plasdarm kimi vacibdir. Qulinin fəallaşmasını  Azərbaycan diasporunun nümayəndələri də qeyd edir.

Təbii ki, bu Zurabın xoşuna gəlmir. Ancaq Quli nə "Cemo”du, nə də başqası. Bunu Zuqdidskiy anlayır. Gürcü qanuni oğru ilə sıx əlaqədə olan, sifarişli qətlləri həyata keçirən çeçenlər belə Quli ilə mübarizədə ona üstünlük vermir.

İlqar Atabəyli
Sfera.az


DİGƏR XƏBƏRLƏR


---