Dünya

Qüdsdə 60 erməni iki yəhudini döydü

Qüdsdə 60 erməni iki yəhudini döydü

 

 

İyunun 8-də Qüdsdə erməni kilsə məktəbinin 60 tələbəsi Erməni patriarxı küçəsindən keçən iki gənc yəhudini dövrəyə alaraq döyüb. Xəsarətlər o qədər ağır olub ki, tibbi yardıma ehtiyac yaranıb.

Bu barədə Jewishpress.com məlumat yayıb.

Zərərçəkənləri təmsil edən vəkilin bildirdiyinə görə, keşişlər vaxtında müdaxilə ediblər, yoxsa yəhudi gənclər hadisə yerində ölə bilərdi.

"Mənim müştərilərim səki ilə hərəkət edən vaxt onlara bir qrup erməni yaxınlaşıb və zərbələr endirməyə başlayıblar. Yerdə uzanan müştərilərimin üzünə, bədənlərinə vurublar. Onlardan birini hətta qaldırıb havaya atıblar, yerə yıxılandan sonra yenidən başının üstünü alaraq döyməyə davam ediblər.

Amansız döyülmə tələbələri müşayiət edən keşişlərin linçi dayandırmağı əmr etməsinə qədər, bir neçə dəqiqə ərzində davam edib. Müştərilərim vəhşicəsinə döyülüblər, qan içində, özlərini güc-bəla ilə polis məntəqəsinə çatdırıblar”, - deyə vəkil bildirib.

Vəkilin bildirdiyinə görə, gənclər polisə şikayət ərizəsi ilə müraciət etsələr də, şübhəlilərin həbs olunub-olunmaması barədə heç bir məlumat verilmir.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031