Cəmİyyət

Qüdrət Şükürovun yerinə təyinat - Əmr verildi

Qüdrət Şükürovun yerinə təyinat - Əmr verildi
Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin olunub. 
 
Bakı şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov bu barədə əmr imzalayıb. 
Həmin vəzifəyə Bakı ŞİH-in Şəhər təsərrüfatı departamentinin, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərov təyin olunub. 

X. Ələkbərovun postuna isə Ayaz Hüseynov gətirilib. A. Hüseynov bu vaxta qədər SOCAR-da çalışıb. 
Bu gündən o vəzifəsinin icrasına başlayıb.

Əldə etdiyimiz xəbərdə o da bildirilir ki, E. Əzizov şəhər rəhbərliyində strateji vəzifələrə daha çox gənc mütəxəssisləri cəlb etmək niyyətindədir./qafqazinfo
AdRiver

XƏBƏR LENTİ