Qüdrət Qurbanov Monte Karloda milyonları qumarda uduzdu, oğlu isə MTN-dən…

Qüdrət Qurbanov Monte Karloda milyonları qumarda uduzdu, oğlu isə MTN-dən…
 

Dövlət Dəniz Agentliyinin rəhbəri Qüdrət Qurbanov və əlaltıları Agentliyi bazara çevirib. Burada dənizçilər üçün sertifikat və sürücülük vəsiqəsi 3-5 min manata satılır. Hətta burada ağır şəraitdə çalışan dənizçilərə verilən cüzi maaşları da müxtəlif yollarla onların əlindən alır. Belə ki, dənizçilər dənizə çıxmaq üçün Dövlət Dəniz Administrasiyasından sertifikat almalıdır.

İCMAL.az xəbər verir ki, əslində bu sertifikatlara görə heç bir ödəniş tələb olunmur. Amma Qüdrət Qurbanovun qurduğu sistem dənizçilərin cibinin soyulmasına çevirilir. Mənbənin dediyinə görə, administrasiyasa rəhbərliyi sertifikatları dənizçilərə 120-150 min manata satır. Bu məbləği ödəməyənlər isə təbii olaraq dənizə buraxılmır. İşsiz qalmaqdan qorxan dənizçilər məcburiyyət qarşısında qalaraq həmin məbləği ödəməli olurlar.

Qüdrət Qurbanov və adamları sertifikatla yanaşı, diplom alveri ilə də məşğul olur. Dənizçilərin verdiyi məlumata görə, administrasiya rəhbərliyi matros diplomunu 2500-3000, bosman diplomunu 4000-5000 manata satır. Üstəlik bu diplomların dəyişdirilməsi zamanı da dənizçilərdən müəyyən məbləğ alınır. Şikayətçilər deyir ki, artıq dənizçilər bu özbaşınalıqlardan bezib.

Qüdrət Qurbanov əsasən azyaşlı qızlarla eyş-işrət məclisləri qurur. Hətta, onun məşhur məmurlardan biri ilə tez-tez Rəşid Behbudov küçəsindəki yeni tikilən binanın 15-ci mərtəbəsindəki evdə eyş-işrət məclisləri təşkil etdiyi bildirilir. Qurbanov həmin binanın 15-ci mərtəbəsini tam alıb və özünə gizlin görüş yerinə çevirib. Bu yaxınlarda Qüdrət Qurbanovun toruna düşən qızlardan biri qorxudan ölkəni tərk edib. Qurbanov bununla kifayətlənməyərək yenə də yeniyetmə qızlarla əylənməkdə davam edir.
Ümumiyyətlə Qüdrət Qurbanovun adı son dövrlər bir çox qalmaqallarda hallanır. Dövlət Dəniz Administrasiyasının rəhbərinə qarşı çıxış edənlərdən biri tanınmış hüquqşünas Əyyub Kərim olub. Hüquqşünas bildirib ki, Qüdrət Qurbanov onun müdafiə etdiyi gəmini qanunsuz yollarla ələ keçirib. Əyyub Kərimin sözlərinə görə, Qəmbər Səfərov adlı şəxs 2003-cü ildə Rusiyanın Həştərxan vilayətindən gəmi alıb: "Qüdrət Qurbanov mənim müdafiə etdiyim şəxsə məxsus gəmini dələduzluq yolu ilə ələ keçirilməsində bilavasitə rol oynayıb. "Yunıy Moryak” adlı bu gəmi ilə bağlı alqı-satqı müqaviləsi 2003-cü il fevralın 20-də imzalanıb. Fevralın 28-də təhvil-təslim işləri yekunlaşıb. Bundan sonra Qəmbər Səfərov bir neçə ay gəmini təmir etdirib. Gəmi Bakıya gətiriləndən sonra hansısa "Mərdəkan Broyler” adlı şirkət Dövlət Dəniz Administrasiyasının dəstəyilə gəmini ələ keçirib. Saxta alqı-satqı müqaviləsi tərtib olunub. Müqavilənin saxta olduğunu sübut edən kifayət qədər fakt var. Bir neçəsini sadalamaq istəyirəm. Təsəvvür edin, Qəmbər Səfərov gəmini fevralın 20-də alıb. Amma "Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasında imzalandığı iddia edilən saxta müqavilədə tarix yanvarın 9-u göstərilib. Belə çıxır ki, Qəmbər Səfərov hələ gəmini almamış "Mərdəkan Broyler” bu əmlakı ondan satın alıb.

Digər tərəfdən, "Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasındakı bu saxta müqavilə rus dilində tərtib olunub. Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Alqı-satqı Azərbaycanda həyata keçirilirsə, niyə müqavilə rus dilində tərtib olunub? Niyə pulun məbləği rublla göstərilib? Məgər Azərbaycanın milli valyutası manat deyil? Əslində bu saxta müqavilə Qəmbər Səfərovun Həştərxanda bağladığı müqavilədən hərfbəhərf köçürülüb. Hətta oradakı texniki səhvlər də eynilik təşkil edir. Bundan başqa müqavilədə göstərilir ki, Qəmbər Səfərov gəmini 250 min rubla alıb. Təmir işlərinə də pul xərcləyib və daha sonra 181 min rubla "Mərdəkan Broyler”ə satıb. Sual olunur: Qəmbər Səfərov niyə gəmini 250 min rubla alıb 181 min rubla satmalıdır? Bəs bunun xeyri?”

Əyyub Kərim bildirib ki, Bakı Apellyasiya Məhkəməsi gəminin Qəmbər Səfərova məxsus olması və "Mərdəkan Broyler”ə verilmiş mülkiyyət şəhadətnaməsinin ləğvi barədə qətnamə çıxarıb: "Amma qətnamə bu günə qədər icra olunmayıb. Mən Qəmbər Səfərovla Ədliyyə Nazirliyi icra baş idarəsinin rəisi Xanlar Zeynalovun qəbulunda olmuşam. Xanlar müəllim dedi ki, qətnamədə göstərilən hallar birgə icra olunmalıdır”.

Hüquqşünasın sözlərinə görə, Qüdrət Qurbanov bu məsələdə iki generalın adını hallandırır: "Qəmbər Səfərov mənə deyib ki, Qüdrət Qurbanov bu iki şəxsin adını hallandırır. Lakin mən inanmıram ki, iki general rütbəli şəxs bu cür işə qol qoysun. Sadəcə öz əməllərini ört-basdır etmək, Qəmbər Səfərovu qorxutmaq üçün Bəylər müəllimlə, Namiq müəllimini adını hallandırırlar. İndi Qüdrət Qurbanovdan soruşmaq lazımdır ki, niyə bu şəxslərin adını hallandırır? Və nə vaxta qədər bu proses davam edəcək?”.

Sabiq MTN başçısı Eldar Mahmudovun vaxtilə Azərbaycan Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovla dost olduğu nə jurnalistlərə, nə də məmurlara sirr deyil. Əlbəttə, Eldar Mahmudovun "möhtəşəm” vaxtlarında irili-xırdalı əksər məmurlar onunla dost olmağa, isti münasibətlər saxlamağa çalışırdılar. Qüdrət Qurbanov da hardan biləydi ki, bir gün digər güc strukturları Eldar Mahmudovun "qoşun”una qalib gələcək? Nəticədə isə Qüdrət Qurbanov sabiq milli təhlükəsizlik naziri ilə qol-boyun vəziyyətdə fotolar çəkdirdiyinə peşman olacaq.

Vaxtı ilə MTN-in zabiti olan Orxan Qüdrət oğlu Qurbanovun indi DTX-dan uzaq düşüb. Orxan Qurbanov MTN-də işlədiyi vaxt, atasının Eldar Mahmudovla dostluq münasibətləri ona heç işə getməyə də "imkan vermirdi”. Hətta O.Qurbanovun öz çevrəsində zarafatca "ancaq maaşdan-maaşa işə getdiyini” etiraf etməsi barədə də məlumat əldə etmişik. Bəs necə oldu ki, bu şəxs yeni strukturda da öz yerini qoruyub saxladı? Əlbəttə, bu yeni yazının mövzusudur… Əksinə hələ adı MTN-də "əməkdaş” kimi getdiyi vaxtlarda da, onun xarici ölkələri gəzib özünə modelyer "adaxlı ovuna” çıxdığı deyilir. Monako, İspaniya, Fransa, İtaliya, Türkiyə…
Bu gənc öz "sərgüzəşt”lərini "İnstagram” profilində paylaşmaqdan da çəkinmir.

Orxan Qurbanova gəldikdə isə, bu ovçuya da cızığından çıxıb mətbuatın əlinə düşməmək üçün Qüdrət Qurbanovun köməkçisi Ülvi Həsənov kömək edir. Ülvi Həsənova Qüdrət Qurbanov tərəfindən Səbail rayonu Xanlar küçəsi 1 ünvanında yerləşən 20-dən artıq qarajı sökdürərək, həmin ərazidə bir neçə mərtəbəli təhsil mərkəzi yaratmaq tapşırığı verilmişdi. Düzdür, həmin ərazidə yeni inşa edilən sahə Qüdrət Qurbanovun adına deyil, ancaq qaraj sahiblərinin hamısı ilə görüşən yenə də Qüdrət Qurbanovun köməkçisi Ülvi Həsənov olub və əlbəttə ki, o bütün danışıqları Qüdrət Qurbanovun adından aparıb.

Bu söküntü işlərini "Azimport” həyata keçirib və sakinlərlə danışıqlar aparmaq üçün Q.Qurbanovdan 600 min manat alıb. Bu barədə növbəti yazımızda məlumat verəcəyik…

Qüdrət Qurbanov güclü qumarbazdır. Uzun illərdir xarici ölkələrdə milyonlarla pulu qumarda uduzan Agentlik rəhbəri bu yaxınlarda Monte Karloda yenə də külli miqdarda pul uzudub.

Yeri gəlmişkən, Qüdrət Qurbanovun qardaşı Arif Qurbanov vaxtilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi olub. Bir gün ulu öndər Heydər Əliyev onu tədbirlərin birində gördükdə bərk hiddətlənib və nazir Ramil Usubova iradını bildirib. Məlum olub ki, Qurbanovlar vaxtilə Heydər Əliyevin Naxçıvana getməsinə əngəl törədənlərdən biri olub. İndi isə gözəgörünməz qüvvələrin dəstəyi ilə yüksək postlar tuturlar.


OXŞAR XƏBƏRLƏR

Türkiyə HƏMAS ilə danışıqlar APARACAQ

Türkiyə Qəzza zolağı ilə bağlı məsələnin nizamlanması üçün səylərini artırır və bu məqsədlə ölkənin xarici işlər naziri Hakan Fidan Qətərə səfər edəcək. &nbs...

Şüvəlanda yol qəzası - xəsarət alanlar var

  Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Şüvəlan qəsəb...

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - BU GÜN SAAT 11:00-DAN...

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsi...

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...