Qüdrət Həsənquliyevin seçicilərlə görüşləri uğurla davam edir - FOTO
23:02 / 26.01.2020
4716
36 saylı Xətai dördüncü seçki dairəsindən deputatlığa namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin seçiciləri ilə görüşləri uğurla davam edir.
Sfera.az xatırladır ki, Qüdrət Həsənquliyevin seçicilərlə hər görüşü vətəndaşların aktivliyi ilə seçilir, tədbirlər özünün izdihamlılığı ilə diqqət çəkir. Belə möhtəşəm görüşlərdən biri 26 yanvar tarixində NZS qəsəbəsində baş tutub.
Bundan öncə isə BAXCP sədri, 36 saylı Xətai dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Qüdrət Həsənquliyev Xətai rayonunun Kamandar Əhmədov küçəsində yerləşən qəzalı binanın sakinləri ilə görüşmüş və onları maraqlandıran sualları cavablandırmışdı.